Tarix : 2013 Oct 07
Kod 40411

hərbi maşın dərəyə aşdı

Naxçıvan Muxtar Respublikasında hərbi maşın dərəyə aşdı: ölən var

Arannews- Ural markalı yük maşını dərəyə aşması nəticəsində müddətdən artıq qulluq edən 1974-cü il təvəllüdlü Məmməd Hüseynov ölüb.

Ötən gün Naxçıvan Muxtar Respublikasında Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus “Ural” markalı yük maşını dərəyə aşıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qəza nəticəsində sürücü 1974-cü il təvəllüdlü Məmməd Hüseyn oğlu Hüseynov ölüb. O, müddətdən artıq xidmət edirmiş .

 Qəza nəticəsində avtomobildə olan digər əsgər İlkin Orucov yaralanıb. Əsgər hərbi hospitala yerləşdirilib .

 Faktla bağlı araşdırma aparılır . / ANS PRESS

  • Yazılıb
  • da (də) 2013 Oct 07