Tarix : 2013 Sep 15
Kod 40201

Azərbaycan Respublikasının Xəzərdəki neft quyusunda çıxan yanğın davam edir

Azərbaycan Respublikasının Xəzər dənizindəki neft quyularından birində çıxan yanğın hələ də davam edir

 Azərbaycan Respublikasının Xəzər dənizindəki neft quyularından birində çıxan yanğın hələ də davam edir.

 Fars Xəbər Agentliyinin məlumatına görə, ətraf mühitin çirklənməsinə səbəb olan bu hadisə elə bir şəraitdədir ki, Azərbaycan Respublikası neft istehsalında daim dünya standartlarına riayət etdiyini və neft quyularının müasir təchizatlarla təchiz edildiyini iddia edir.

 Bu neft quyusunda çıxan yanğın o qədər güclüdür ki, gecələr alovun işığını hətta sahildən belə görmək mümkündür.

 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti hələ də bu yanğını söndürə bilməyib və elə buna görə də yanğınla bağlı xəbərlərin yayılmasının önünə keçib və qonşu ölkələrdən də yardım istəməkdən çəkinib.

Hələ ki, bu neft quyusunun hansı qərb şirkətinin istismarında olduğu barədə məlumat yayılmayıb.

 Qərbin onlarla neft şirkəti o cümlədən İngiltərənin Britiş Petrolium(BP) şirkəti heç bir ekoloji standartlara riayət etmədən Xəzərdə neft çıxartmaqla məşğuldurlar .

 


  • Yazılıb
  • da (də) 2013 Sep 15