Tarix : 2013 Sep 11
Kod 40149

Müdafiə Nazirliyinin rəsmisi saxlanıldı

Davtyan hərbi xidmət dövründə ölmüş əsgərin valideynindən maddi yardımın təyin olunmasına görə 1000 dollar tələb edib
Arannews-Ermənistan Milli Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyinin Nəzarət İdarəsinin birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan Müdafiə Nazirliyinin Hərbi Qulluqçuların Sosial Müdafiəsi İdarəsinin rəis müavini, polkovnik David Davtyan vətəndaşdan rüşvət aldığı an saxlanılıb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin açıqlamasında bildirilir ki, Davtyan hərbi xidmət dövründə ölmüş əsgərin valideynindən maddi yardımın təyin olunmasına görə 1000 dollar tələb edib.

Fakt üzrə başlanmış cinayət işi üzrə ilkin istintaqı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi aparır./ Novosti Armenii
  • Yazılıb
  • da (də) 2013 Sep 11