Tarix : 2013 Sep 04
Kod 40078

İranlı heyyət Seyid Həsən Nəsrullahla görüşüb

görüşdə bölgədəki son hadisələr müzakirə olunub

Arannews-İranın xarici siyasət və milli təhlükəsizlik komissiasının rəhbəri Ələddin Burucerdi Suriya prezidenti ilə görüşündən və ordunun, xalqın, ölkə rəhbərlərinin ruh yüksəkliyindən, ölkəni qorumaq üçün yetərli gücə sahib olmasından söz açıb. O sözlərinin davamında bildirib: “ABŞ hər məntiqsiz addımından öncə, dünya ölkələrinin verdiyi mesajları almalı və nicatı üçün fürsətləri dəyərləndirməlidir.”
O həmçinin İranın Livanı himayəsinin davam etməsi və bu ölkədə yeni kabinetin təşkil olunması ilə əlaqələrin dahada güclənəcəyini bildirib.
 Seyid Həsən Nəsrullah da öz növbəsində ABŞ-ın bölgədəki macəralarının arxasında sionist lobbisinin fitnəkar planlarının olmasına işarə edərək bildirib: “Dünya üzrə ən yüksək media şəbəkələrinin Sionistlərə məxsus olduğuna və onların Suriya məsələlərini tam yalnış göstərməklərinə baxmayaraq, ABŞ-ın bu hücumda tək qalmağı onların bu addımla bağlı bəhanələrinin qəbul olunmaz olduğunu göstərir.”

  • Yazılıb
  • da (də) 2013 Sep 04