Tarix : 2013 Aug 31
Kod 40034

Azərbaycan İqtisadi və İctimai İnkişaf Mərkəzi: Tehran-Bakı ticarət əlaqələrinin azalması haqda dəyə

Azərbaycan R-nın əksər bankları real və qeyri-rəsmi surətdə İranla bank həmkarlıqlarını dayandırıb və ya son dərəcə ehtiyatla rəftar edirlər

Azərbaycan İqtisadi və İctimai İnkişaf Mərkəzinin sədri Tehran ilə Bakı arasında ticarət əlaqələrinin azalmasının ən mühüm dəlilini Azərbaycan R-nın iqtisadi dairələrinin Qərbin İrana qarşı sanksiyalarını müşayiət etmələri adlandırıb.

Vüqar Bayramov IRIB ilə müsahibədə əlavə edib: Azərbaycan R-nın əksər bankları real və qeyri-rəsmi surətdə İranla bank həmkarlıqlarını dayandırıb və ya son dərəcə ehtiyatla rəftar edirlər. Həmin məsələ də iki ölkənin ticarət mübadilələrinin azalmasına təsir edibdir.

O, həmçinin bazarda rəqabət atmosferinin olmamasını İran-Azərbaycan R. ticarət əlaqələrinin azalmasının digər amillərindən adlandırıb.

Azərbaycan R. Dövlət Statistika Komitəsinin rəsmi statistikalarının araşdırılması Azərbaycan R-nın ticarət mübadilələrinin İranla şiddətli tərzdə azaldığı, ABŞ və sionist rejim ilə isə nəzərəçarpacaq dərəcədə artdığını göstərir.

Azərbaycan R. Dövlət Statistika Komitəsinin saytında (stat.gov.az) yayılmış statistikaya əsasən, Azərbaycan R-nın İran ilə ticarət mübadilələri həcmi 2007-ci ildəki 539 milyon dollardan 2012-ci ildə 263 milyon dollaradək azalıbdır.

Bu statistikaya əsasən, Azərbaycan R-nın Amerika ilə ticarət mübadilələri həcmi 2007-ci ildəki 497 milyon dollardan 2012-ci ildə iki milyard 316 milyon dollaradək artıbdır.

Həmçinin əgər Azərbaycan R-nın sionist rejimlə ticarət mübadilələri həcmi 2007-ci ildə 400 milyon dollar olubdursa, bu rəqəm 2012-ci ildə bir milyard 728 milyon dollara çatıbdır.

Beləliklə, uzun illər boyu Azərbaycan R-nın ilk on iqtisadi şərikindən olmuş İran İslam Respublikası qonşuluğa və hal-hazırda çoxlu iqtisadi potensialın mövcud olmasına rəğmən, Azərbaycan R-nın ilk on iqtisadi şərikindən hesab edilmir.

Hal-hazırda İtaliya, Rusiya, Amerika, Türkiyə, sionist rejim, Fransa, Hindistan, İndoneziya, İngiltərə və Çin Azərbaycan R-nın ilk on iqtisadi şərikidirlər.


  • Yazılıb
  • da (də) 2013 Aug 31