Tarix : 2013 Aug 31
Kod 40030

İlin ilk 8 ayı ərzində uşaqlara ən çox verilən adlar açıqlandı

Yeni doğulan uşaqlara ən çox hansı adlar verilir

Arannews-2013-cü ilin 8 ayı ərzində Azərbaycanda yeni doğulan uşaqlara ən çox verilən adlar məlum olub.
Ədliyyə Nazirliyindən verilən məlumata görə, Azərbaycanda doğulan oğlan uşaqlarına verilən adlar arasında ən populyarı Yusif adı olub.
Belə ki, 1872 oğlan uşağına bu ad verilib.
2-ci yerdə Əli (1310), 3-cü isə Hüseyn (1216) adları gəlir.
Qız adlarından isə ən çox qoyulan Zəhra adı olub. 1759 uşağa bu ad verilib.
2-ci yerdə olan qız adı Nuray (1513), 3-cü isə Fatimə (1364) adıdır./
islamazeri.az

  • Yazılıb
  • da (də) 2013 Aug 31