Tarix : 2013 Aug 31
Kod 40019

Azərbaycanda bir gündə 5 nəfər güllələndi

Bakıda 61 yaşlı kişi qətlə yetirilib. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 1 Mədən küçəsində yeni tikilidə qeydə alınıb. 1952-ci il təvəllüdlü Tofiq Əli oğlu Həsənova naməlum şəxslər tərəfindən “Makarov” tipli tapançadan 6 dəfə atış açılıb. T.Həsənov 3 saylı Şəhər Klinik Xəstəxanasında ölüb. Hazırda hadisənin baş vermə səbəbləri aydınlaşdırılır.

Arannews - Bakıda 61 yaşlı kişi qətlə yetirilib. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 1 Mədən küçəsində yeni tikilidə qeydə alınıb. 1952-ci il təvəllüdlü Tofiq Əli oğlu Həsənova naməlum şəxslər tərəfindən “Makarov” tipli tapançadan 6 dəfə atış açılıb. T.Həsənov 3 saylı Şəhər Klinik Xəstəxanasında ölüb. Hazırda hadisənin baş vermə səbəbləri aydınlaşdırılır. Bakı şəhərində qətlə yetirilən şəxslə bağlı maraqlı məqamlar ortaya çıxıb. Milli.Az-ın Sabunçu Rayon Polis İdarəsindən əldə etdiyi məlumata görə, güllələnən Tofiq Həsənov əvvəllər məhkum olunub. O, 1996-cı ildə Cinayət Məcəlləsinin kütləvi ixtişaş törətmə (220.1-ci) maddəsi ilə məhkum olunub.

Həyat yoldaşı ilə barışa bilmədi, güllələdi

Tərtərdə məskunlaşmış Ağdamın Şotlanlı kəndindən məcburi köçkün Dünyamalıyev Elnur Allahverən oğlu bir neçə ay əvvəl boşandığı sabiq həyat yoldaşını güllələyib.APA-nın məlumatına görə, yeddi il əvvəl ailə quran cütlük boşandıqdan sonra aralarında bir neçə dəfə münaqişə baş verib. Keçmiş həyat yoldaşı Nüşabə Məmmədova ilə barışmaq istəyən Elnur Dünyamalıyev cəhdi uğursuzluqla nəticələndiyinə görə, avqustun 29-də qaynatasıgilə gələrək hamının gözü qarşısındaca Nüşabə Məmmədovanı odlu silahla qətlə yetirmək istəyib. Ağır güllə yarası alan qadın Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Yaralının vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir. Hadisəni törədən Elnur Dünyamalıyev Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Tərtər Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Sərxoş qonaq iki məclis iştirakçısını güllələdi

Balakəndə toy mərasimində silahlı insident baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayon mərkəzində yerləşən “Nərmin” Şadlıq Evinin qarşısında qeydə alınıb. Toy mərasiminə qonaq qismində qatılan bir neçə nəfər arasında mübahisə düşüb. Sərxoş vəziyyətdə olan həmin şəxslər məclisi tərk edərək şadlıq evinin qarşısında mübahisələrini davam etdiriblər.

Nəticədə rayonun Qullar kənd sakini İbrahim Muqumov tapança ilə iki həmkəndlisini - 1978-ci il təvəllüdlü Səbuhi Ağaisa oğlu Rəhimov və 1976-cı il təvəllüdlü Müsənnif İsa oğlu Lahıcovu güllələyib. Hər iki şəxs ağır yaralı vəziyyətdə Balakən Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən İ. Muqumov saxlanılıb. Xəstəxanadan verilən məlumata görə, qarın boşluğundan güllə yaraları alan hər iki şəxsin vəziyyəti ağır olaraq qalır. Faktla bağlı cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyi Balakəndə toy zamanı baş verən silahlı insidentlə bağlı məlumat yayıb.(bizimyol)

  • Yazılıb
  • da (də) 2013 Aug 31