Tarix : 2013 Aug 28
Kod 40002

İslamçı məhbusların müdafiə komitəsi yaradılır

Azərbaycan Respublikasında islamçı məhbusların hüquqlarını müdafiə edən komitə yaradılır

 

Azərbaycan Respublikasında islamçı məhbusların hüquqlarını müdafiə edən komitə yaradılır.

 Məhbus mübariz ruhanı Hacı Taleh Bagırovun Hüquqlarını Müdafiə Komitəsinin əsasında islamçı məhbusların hüquqlarını müdafiə edən təşkilat yaradılacaq.

 Məlumatı Hacı  Taleh Bagırovun Hüquqlarını Müdafiə Komitəsinin üzvü Mirqasım Əliyev verib : “İslamçı məhbusların sayı və hüquqlarının pozulması halları artdığından onların müdafiəsini təşkil etmək çətinləşib. Ona görə də avqustun 27-də keçiriləcək iclasda komitənin islamçı məhbusların müdafiə komitəsinə çevrilməsi müzakirə olunacaq”.

Həmçinin yenicə azad olmuş Hacı Mehdi Şamilli bu istiqamətdə çalışdığını bildirmişdir.


  • Yazılıb
  • da (də) 2013 Aug 28