Tarix : 2013 Aug 22
Kod 39955

Ermənilər Kəlbəcərdəki Alban kilsəsinə saxta yazılar yazıb

Kəlbəcər ərazisində Alban xaçları ilə bəzədilmiş kilsəni erməni monastırı kimi təqdim edən üzdəniraqlar bununla kifayətlənməyərək tarixi abidəyə kobudcasına zərər verir

Kəlbəcər ərazisində Alban xaçları ilə bəzədilmiş kilsəni erməni monastırı kimi təqdim edən üzdəniraqlar bununla kifayətlənməyərək tarixi abidəyə kobudcasına zərər verir. Abidənin daşları üzərinə erməni əlifbası ilə sözlər yazaraq bunu guya əsrlər öncəyə aid yazı kimi təqdim edir. Tarixçilər deyir ki, videodakı xaçın erməni xaçı ilə heç bir əlaqəsi yoxdur.

 Sonluqları gül şəkilli olan xaçlar qədim alban xaçıdır. Yazı isə konkret olaraq erməni əlifbasıdır.  Tarixçi Vəfa Quliyevanın sözlərinə görə, bu erməni əlifbasıdır, qətiyyən alban əlifbası deyil: "Elə yazının təzəliyindən də görünür təzə işdir bu qədim yazı deyil. Abidələri erməniləşdirirlər, başqa sübutları yoxdur axı".

faktxeber.com


  • Yazılıb
  • da (də) 2013 Aug 22