Tarix : 2013 Aug 17
Kod 39902

Tanınmış İran şairi Nizami Gəncəvinin məqbərəsinin farsca yazılar həkk edilmiş üzlükləri xarab edili

Azərbaycan hökuməti ötən illər ərzində İranın tanınmış şairi Nizami Gəncəvinin kimliyini təhrif etmək üçün böyük səylər həyata keçirib

AranNews - Azərbaycan Respublikası hökuməti görkəmli İran şairi Nizami Gəncəvinin kimliyini təhrif etmək və onun farsca olan əsərlərini mahiyyətini unutdurmaq üçün bu şairin məqbərəsində üzərinə şairin fars dilində yazdığı şerlərdən nümunələr yazılmış üzlüklərin hamısını uçurdub.

Verilən məlumatlara əsasən, üzərinə şairin fars dilində yazdığı şerlərdən misralar həkk olunmuş üzlüklər məqbərənin daxili divarlarına işlənmişdi. Bu üzlüklərin uçurulması və xarab edilməsi Nizami Gəncəvinin məqbərəsinin təmiri bəhanəsilə olmuşdur və təmirdən sonra onların yenidən öz yerlərinə qaytarılması planlaşdırılmır.

Azərbaycan hökuməti ötən illər ərzində İranın tanınmış şairi Nizami Gəncəvinin kimliyini təhrif etmək üçün böyük səylər həyata keçirib. Bu proqram çərçivəsində misal olaraq demək olar ki, Heydər Əliyev Fondu tərəfindən Roma meriyasına 110 min avronun ödənilməsi  müqabilində Nizami Gəncəvinin heykəli İtaliyanın paytaxtında, mərkəzi meydanlardan birində ucaldılıb. Bu məsələ italiyalı tədqiqatçılar tərəfindən etirazla qarşılanmışdı. Həmçinin, Azərbaycan Respublikası bildirib ki, 2014-cü ildən yeni 5 manatlıq pul əsginasları buraxacaq və bu əsginasların üzərində Nizami Gəncəvinin şəkli yer alacaq. Azərbaycan Respublikasının müstəqilliyindən cəmi 22 il ötdüyü bir halda 6-cı hicri-qəməri əsrində yaşayımış Nizami Gəncəvi bu ölkənin bütün dərsliklərində Azərbaycan şairi kimi təqdim edilir.

Azərbaycan Respublikası bundan öncə də bu ölkənin İranla olan bağlarını və ortaq keçmişini təhrif etmək üçün fars dilində olan adlardan və familiyalarda “zadə” sonluğundan istifadəni qadağan etməyə çalışmışdı.


  • Yazılıb
  • da (də) 2013 Aug 17