Tarix : 2013 Aug 15
Kod 39882

Azərbaycanda məsul şəxsin evinə basqın, həyat yoldaşı qətlə yetirildi

Bu barədə Abşeron Rayon Prokurorluğundan məlumat verilib

Bu barədə Abşeron Rayon Prokurorluğundan məlumat verilib.

HaqqYolu - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşovun həyat yoldaşının qətlə yetirilməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi açılıb. Bu barədə Abşeron Rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri aparılır.

Qeyd edək ki, keçən gün günorta saatlarında Hökməli qəsəbəsində Əliağa Vahid küçəsində Aqil Dadaşova məxsus ikimərtəbəli evə oğurluq məqsədilə gələn şəxslər onun evdə olan həyat yoldaşı, 1955-ci il təvəllüdlü Elmira Xalid qızı Dadaşovanı bıçaqlayaraq qətlə yetiriblər.(trend)


  • Yazılıb
  • da (də) 2013 Aug 15