Tarix : 2013 Aug 13
Kod 39865

"Azərbaycan seçkiyə vicdan məhbusları ilə gedir"

Amnesty İnternational həbsdəki ictimai-siyasi fəallara azadlıq tələb etdi

Amnesty İnternational həbsdəki ictimai-siyasi fəallara azadlıq tələb etdi.

«Azərbaycanda prezident seçkisi kampaniyası vicdan məhbusları ilə başlayır». Amnesty İnternational hüquq müdafiə təşkilatının avqustun 8-də yaydığı bəyanatda belə deyilir. Təşkilat seçkiöncəsi həbs olunan müxalif namizədləri, jurnalistləri, fəalları və hüquq müdafiəçilərini dərhal və qeyd şərtsiz azadlığa buraxmağa çağırıb.

Amnesty İnternational qeyd edir ki, 2003-cü ildən hakimiyyəti atasından miras alan İlham Əliyevin idarəçiliyi dövründə Azərbaycanda insan haqlarının vəziyyəti pisləşib. 2009-cu il konstitusiya dəyişikliyindən sonra o, 3-cü dəfə prezident olmaq istəyir.


  • Yazılıb
  • da (də) 2013 Aug 13