Tarix : 2013 Aug 13
Kod 39860

Rövnəq Abdullayevin oğurluq neftlə dolu gəmisi tutuldu

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 226.1 (strateji resursların qaçaqmalçılığı) maddəsi ilə cinayət işi başlanıb

Arannews-Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Xəzərin Dağıstan sektorunda Azərbaycana məxsus “Naftalan” tankerini saxlayıb. Tanker hazırda Mahaçqala ticarət limanında saxlanılır. O, Mahaçqaladan Səngəçal limanına gəlirmiş. Rusiya mətbuatı rəsmi mənbələrə istinadla xəbər verir ki, gəmi neft qaçaqmalçılığı ilə məşğul olub. Belə ki, gəmidə “Lukoyl”un Həştərxan şelfində hasil etdiyi 4.5 min ton neft məhsulu aşkarlanıb. Neft Bakı-Novorossiysk kəməri ilə nəql olunmalı imiş. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 226.1 (strateji resursların qaçaqmalçılığı) maddəsi ilə cinayət işi başlanıb. Hazırda gəmi kapitanının və kapitan köməkçisinin, həmçinin gəminin özünün həbsi məsələsi müzakirə edilir. Dağıstan televiziyasının məlumatına görə, tanker Azərbaycan Dövlət Neft Şirkətinə məxsusdur (azadliq.info).

  • Yazılıb
  • da (də) 2013 Aug 13