Tarix : 2013 Aug 08
Kod 39821

Xəzər dənizində yeni neft yatağı aşkarlanıb

Gündəlik neft hasilatı təxminən 60 tondur

Arannews - Qazaxıstanın Dövlət Neft Şirkəti “KazMunayGaz “tərəfindən həyata keçirilən neft axtarış-kəşviyyat işləri uğurla başa çatıb. ANS PRESS xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, Qazaxıstanın prezidenti Nursultan Nazarbayev Qazaxıstanın Neft və Qaz ehtiyatları naziri Uzakbay Karabal ilə görüşüb.

U. Karabal bildirib ki, Xəzərin Qazaxıstana aid hissəsində - Jambıl ərazisində aparılan neft axtarış-kəşviyyat işləri nəticəsində yeni neft yatağı kəşf edilib: “Yeni neft yatağında gündəlik neft hasilatı təxminən 60 tondur. Hazırda adıçəkilən ərazidə neft axtarış-kəşviyyat işləri davam edir”.

U. Karabal sözlərinə görə, 2013-ci ilin ilk altı ayında ümumilikdə 40 milyon ton neft və təbii qaz kondensatı çıxarılıb: “Bu il neft və təbii qaz kondensatının hasilatı əvvəlki illə müqayisədə 1,8 faiz artım qeydə alınıb”

  • Yazılıb
  • da (də) 2013 Aug 08