Tarix : 2013 Aug 07
Kod 39800

“Sentyabrdan avtobuslarda kart ödəniş sisteminə keçiləcək”

Sentyabrdan avtobuslarda kartla ödəniş sisteminin tətbiqinə başlanacaq.

Arannews - Yurd Tv-yə istinadən xəbər verir ki, ilkin mərhələdə 1000-ə yaxın avtobusda gediş haqqını nağdsız ödəmək mümkün olacaq.

Bu mərhələdə avtobuslarda kartla ödəniş sisteminin tətbiqi ilə yanaşı nağd ödənişdən də istifadəyə icazə veriləcək.

Nəqliyyat Nazirliyin ictimaiyyətlə əlaqədər şöbəsinin müdiri Namiq Həsənov bildirib ki, bu sistem 1000-ə yaxın avtobusda tətbiq ediləcəyi üçün kartların da sayı milyondan çox olmalıdır ki, insanlar əziyyət çəkməsin.

“Bu proses 2013-2014-cü illər üçün nəzərdə tutulub. Yəni, 2014-cü ilin sonuna artıq bu proses başa çatmalıdır. Nağd ödəniş sistemi müvəqqəti saxlanır. Yəni, bu sistemə tam öyrəşdikdən sonra nağd ödəniş sistemi ləğv olunacaq.”.(gun)

  • Yazılıb
  • da (də) 2013 Aug 07