Tarix : 2013 Aug 06
Kod 39784

Nardaran ağsaqqalı Hacı Əli Hüseynov İsrailin bayrağını yandırdığı üçün həbs olunub

Nardaran ağsaqqalı, Quran müəllimi Hacı Əli Hüseynov həbs olunub

Arannews - Bu barədə yayılan xəbəri Nardaran Ağsaqqallar Şurasının sədri Kərbəlayi Natiq Kərimov təsdiqləyib.

Onun sözlərinə görə, Hacı Əli Hüseynovu polis bölməsinə aparıblar. Sonradan ona 9 sutkalıq həbs cəzası verilib.

Cəzanın səbəbi Ümumdünya Qüds Günü münasibətilə Nardaranda keçirilən yürüşdə İsrail rejimi və ABŞ-ın bayrağının yandırılması olub.

Hüquq-mühafizə orqanları bildiriblər ki, ABŞ və İsrailin bayraqlarının yandırmağa kimsənin ixtiyarı yoxdur.(faktxeber)

  • Yazılıb
  • da (də) 2013 Aug 06