Tarix : 2013 Aug 05
Kod 39780

Azərbaycanda bahalaşma müşahidə olunur

Dövlət Statistika Komitəsinin məlumatına görə, bahalaşma bir çox sahədə özünü göstərib
Dövlət Statistika Komitəsinin məlumatına görə, bahalaşma bir çox sahədə özünü göstərib

Azərbaycanda ərzaq məhsullarının qiymətləri 1,7 faiz ucuzlaşıb. Əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,1 faiz bahalaşıb. ANS PRESS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qeyri-ərzaq mallarının qiymətlərinin əvvəlki ayla eyni səviyyədə qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,7 faiz ucuzlaşmasına səbəb olub. 

Ay ərzində unun, qarabaşaq yarmasının, qoyun ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, sterilizə olunan üzlü südün, günəbaxan yağının və s. məhsullarının qiymətlərində bahalaşma müşahidə olunub. 

İyul ayında əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq və MDB reysləri üzrə hava sərnişindaşıma nəqliyyatı və ölkədən kənara dəmiryolu nəqliyyatı ilə sərnişindaşıma tariflərində bahalaşma müşahidə olunub.
islamazeri.az
  • Yazılıb
  • da (də) 2013 Aug 05