Tarix : 2013 Aug 03
Kod 39747

Müdafiə Nazirliyinin “işverən” idarəsi

Ekspert əsgərləri intihara sürükləyən səbəblərdən danışdı

“Müdafiə Nazirliyinin Tovuz rayonunda yerləşən hərbi hissələrinin birində Goranboy rayonundan hərbi xidmətə çağırılmış əsgər Elşad İsmayılov intihar edib. Əsgər tabeliyində olan avtomat silahdan açılan atəşlə dünyasını dəyişib. Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır”. Artqı bu kimi acı xəbərləri oxumağa öyrəşmişik. Min bir əziyyətlə böyüyən kasıb balalasının olüm xəbəri övlad itirmiş valideyini üçün nə qədər acıdırsa, bu faktın intihar zəminidə baş verməsi bu dərdi birə on artırır. Amma bu qara xəbərlər bitmir ki, bitmir.

“Biz atıq 10 ildir bu sahədə monitorinq aparırıq və bu illər ərzidə 70 nəfərdən artıq hərbi qulluqçunun intihar etməsini qeydə almışıq. Apardığımız araşdırmalar nəticəsində məlum olur ki, intiharlara qeyri-nizamnamə hərəkətləri, “dedovşina” hallarrının mövcudluğu, tabeçilik məsələlərində sui-istifadə hallarına yol verilməsi kimi problemlər yol açır. Çox az hallarda hərbi qulluqçu ailə-məişət məsələlərinə görə intihar edir”. Bunu “Bizim Yol”un əməkdaşı ilə söhbətində “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli bildirib.

Onun sözlərinə görə, nə Müdafiə Nazirliyi, nə Hərbi Prokurorluq bu intiharlarin konkret səbələri barədə heç bir açıqlama vermir: “Təəssüflər olsun ki, bu məsələ Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyi tərəfindən ciddi nəzərə alınmır. Bunun nəticəsidir ki, son illər orduda intihar halları daha da artır. Həm də nəzərdən qaçırmaq lazım deyil ki, son illər hərbi xərclər də xeyli artıb. Müdafiə xərclərinin artması ilə paralel qeyri-döyüş itkiləri də artır. Bu isə ordu daxilində olan ciddi problemlərdən xəbər verir. Belə problemlər əslində orduya ciddi zərbədir, ordunu daxildən dağıdan bir amildir”.

C.Sümərinlinin sözlərinə görə, dünyanın əksər ölkələrində problemin araşdırılması ilə xüsusi məşğul olan institutlar var: “Çox təəssüf ki, Azəraycan Silahlı Qüvvələrində intiharların səbəblərini araşdıran bir institut yoxddur. Əvvələr sovet ordusundan qalma “zampalit” institutu var idi. İndi isə şəxsi heyətin həm dini, həm də psixoloji durumu ilə məşğul olan bir quruma ehtiyac var. Loru dildə desək, əsgərdən tutmuş zabitə qədər hamının öz dərdini deməyə bir unvan olmalıdır. Artıq müdafiə sektorunun müəyyən sahələrinə psixoloq institutunun yaradılması istiqamtinə iş getməsi barədə xəbər var. Amma bu Müdafiə Nazirliyinə aid deyil. Məlumatlara görə, bu istiqamətdə Daxili Qoşunlarda iş gedir və gələcəkdə psixoloq ştatlarının yaradılması gözlənilir. Amma intiharların 90 faizindən artığı Müdafiə Nazirliyinin payına düşür. Bu isə nazirlikdən hərəkətə keçməyi tələb edir”.

C.Sümərinli onu da bildirib ki, orduda intihar hallarina birbaşa məsul Müdafiə Nazirliyinin Tərbiyəvi İşlər İdarəsi var. Amma bu idarə başqa işlərlə məşğuldur: “Əslində bu qurum hərbçilər arasında “işverən” idarə kimi tanınr. Çünki onlar öz səlahiyyətlərindən sui-istifadə edirlər. Hərbçilər arasında mənəvi ruhun artırılması istiqamətində iş aparmaq əvəzinə, bu və ya digər hallarla bağlı hərbçilərə qarşı qondarma cinayət işlərinin başlanmas kimi işlərlə məşğuldurlar. Məsələn, Beyləqan hadisəsinə nəzər yetirək - zabitlərin maaş kartlarını dükana vermişdilər. Tərbiyəvi İşlər İdarəsi gedib həmin şikayətçi hərbçilərin özlərini cinayətkar çıxardı, onları “əyyaş” və sair kimi qələmə verdi. Bu səbəbdən adı çəkilən idarə yenidən qurulmalıdır”.

Hərbi analitik hesab edir ki, orduda dini təsisat da yaradılmalıdır: “Son 3-4 ildə orduda dini ayinlərin icra edilməsi qeyri-rəsmi olaraq qadağan edilib. Amma əvvələr hərbi hissələrdə namaz otaqları var idi. Ən azı dini ayini icra etmək də insanı sakitləşdirir”.

C.Sümərinli mentalitetdə də inqilaba ehtiyac duyur: “Əsgərə qarşı hər hansı qanunsuzluq və zoraklıq olursa, o, şikayət etməyə qorxur. Əgər o hansısa formada yuxarı komandanlığa şikayət etsə, onu alçaldırlar “suka”, “peysər” elan edirlər. Əslində hər bir əsgər üzləşdiyi qanunsuzluqlarla bağlı birbaşa yuxarı komandanlığa, hətta müdafiə nazirinə şikayət etmək imkanına malık olmalıdır. Məsələn, bir çox hərbi hissələrdə yuxarı komandanlığın nömrələri asılıb. Amma heç bir əsgər cürət edib bu nömrələrə zəng etmir. Çünki o, ilk növbədə birbaşa tabe olduğu komandirin təzyiqi ilə üzləşır. Komandir əsgəri onu tapdalayıb yuxarı şikayət etdiyinə görə hansısa formada cəzalandırır. Əsgər şikayət etməkdən qorxmasa, bu intihar hallarının kəskin azalmasına səbəb olacaq. Əsgərlər əsasən düşdükləri vəziyyətdən çıxış yolu görmədikəri üçün intihara əl atırlar. Amma yapışmağa bir istinad nöqtələri olsa, heç kim intihara əl atmaz”.(Haqyolu)

  • Yazılıb
  • da (də) 2013 Aug 03