Tarix : 2013 Aug 02
Kod 39743

Bakıda İsrail səfirliyi qarşısında aksiya keçirilib

Azərbaycan İslam Partiyası Beynəlxalq Qüds Günü ilə əlaqədar İsrail səfirliyi qarşısında aksiya keçirib
FaktXəbər-in verdiyi məlumata görə, Azərbaycan İslam Partiyası Beynəlxalq Qüds Günü ilə əlaqədar İsrail səfirliyi qarşısında aksiya keçirib. Nümayişdə AİP-in sədr əvəzi Elçin Manafov da iştirak edib. Aksiyaya 100-ə yaxın dindar qatılıb.

Qeyd edək ki, dindar kəsimin aksiya keçirmək istəyindən əvvəlcədən xəbər tutan hüquq mühafizə orqanları İsrail səfirliyinin yerləşdiyi "Hyatt Regency" otelini nəzartə götürmüşdü. Ərazini xeyli sayda mülki və polis geyimində olan şəxslər mühafizə ediblər. Qüds günü ilə əlaqədar aksiyada iştirak edənlərin əksəriyyəti polis əməkdaşları tərəfindən saxlanılıb.
  • Yazılıb
  • da (də) 2013 Aug 02