Tarix : 2013 Aug 01
Kod 39740

Ayətullah Xamenei, Qarabağ müsəlmanlarının məzlumluğunu əks etdirən rəhbər

Ayətullah Xamenei: Bizim öz yaxınlığımızda, Azərbaycan Respublikasının Qarabağ regionunda müsəlmanların başlarına gələn faciələr həmin (Bosniya və Yuqoslaviyadakı) faciələr kimidir

AranNews - Ali Məqamlı Rəhbərin İslam Konfransı Təşkilatının (hazırkı İslam Əməkdaşlıq Təşkilatının) 8-ci Zirvə Toplantısının açılış mərasimində çıxışından bir hissə

Çıxışın tarixi: 1997-ci il 9 dekabr

Bosniyada, Kəşmirdə, Somalidə, Qarabağda və digər məntəqələrdə müsəlmanlar problemlərlə üzləşiblər. İslam Konfransı Təşkilatı xüsusi komitələrdən istifadə etməklə problemlərin həlli istiqamətində bütün üzv ölkələrin onda payı olduğu təsirli addımları ilə bunu həll edə bilər .

Ali Məqamlı Rəhbərin Həcc mərasiminin məsul və öhdədarları ilə görüşündəki çıxışından bir hissə

Çıxışın tarixi: 1994-cü il 20 aprel

Bizim öz yaxınlığımızda, Azərbaycan Respublikasının Qarabağ regionunda müsəlmanların başlarına gələn faciələr həmin (Bosniya və Yuqoslaviyadakı) faciələr kimidir .

Ali Məqamlı Rəhbərin Həcc mərasiminin keçirilməsi münasibətilə verdiyi bəyanatdan bir hissə

Çıxışın tarixi: 1992-ci il 7 iyun

Ali Məqamlı Rəhbər bu bəyanatında "sivil" Avropanın mərkəzi Sarayevoda müsəlmanların amansızcasına öldürülməsini, Qarabağda və bütün Qafqazdakı müharibələri ABŞ hökumətinin başçılarının İslam və İslam hökumətinə qarşı dərin və tamam olmayan kinlərinin acı və qəmli şahidi kimi xatırlatmışdır .

Ali Məqamlı Rəhbərin Təbriz əhalisi qarşısında çıxışından bir hissə

Çıxışın tarixi: 1993-cü il 27 iyul

Ermənistan dövləti və Qarabağ erməniləri bu məntəqənin müsəlmanlarına zülm etmişdir. Biz, Qarabağ ermənilərinin Ermənistan dövlətinin dəstəyi ilə etdikləri bu hərəkətləri pisləyirik və ölkəmizdə yaşayan ermənilərin də o məntəqə ermənilərinin əməllərini pisləməsini gözləyirik .

Ali Məqamlı Rəhbərin Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyevlə görüşündən

Görüşün tarixi: 2002-ci il 9 may

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xamenei Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə görüşündə İran və Azərbaycan xalqları arasındakı dərin tarixi, fikri və etiqadi bağlantılara işarə edərək vurğuladı: "İran və Azərbaycan xalqları tarix boyu bir xalq olublar və hazırda münasibətlərin daha da möhkəmləndirilməsi hər iki ölkənin xeyrinə olacaqdır ".

Həzrət Ayətullah Xamenei Ermənistan və Azərbaycan arasında olan münaqişəni regionun məsələsi kimi bəyan edərək artırdı: "Biz inanırıq ki, Azərbaycan və Ermənistanın arasındakı münaqişə danışıqlar yolu ilə həll olunmalıdır ".

Bu görüşdə Heydər Əliyev Azərbaycan və Ermənistan münaqişəsinə işarə edərək İranın Azərbaycan xalqına etdiyi köməklərinə görə təşəkkür edərək artırdı: "Biz inanırıq ki, bu  münaqişə gərək danışıqlar yolu ilə həll olunsun və İran İslam Respublikası da bu münaqişənin həllində iştirak etsin ".

Qaynaq: http:// www.leader.ir/langs/fa  (Ali Məqamlı Rəhbərin İnformasiya Bloku)

İslam Konfransı Təşkilatının 8-ci Zirvə Toplantısı çərçivəsində Azərbaycan Resublikası Heydər Əliyevin Ali Məqamlı Rəhbərlə görüşündən

Görüşün tarixi: 1997-ci il 10 dekabr

Bu görüşdə Ali Məqamlı Rəhbər Azərbaycan Respublikasının bəzi informasiya vasitələrinin yalan və həqiqətin əksinə olan təbliğatlarından gileyləndi və ölkə prezidentindən öz nüfuzundan istifadə edərək İran əleyhinə düşməncə təbliğin qarşısını almasını istədi .

Görüşdə Azərbaycan Prezidenti Heydər Əliyev Azərbaycanı İslam dünyasının ayrılmaz bir hissəsi kimi təqdim edərək dedi: "Mənim ölkəm müstəqildir, öz din və imanını heç vaxt əldən verməyəcək ".

O, öz dövlətinin İran İslam Respublikası ilə münasibətlərinin genişləndirmək istəməsini vurğulayaraq dedi: "Biz də iranlı qardaşlarımız kimi sionistləri bütün müsəlmanlar üçün təhlükəli bilirik və inanırıq ki, sionistlər biz müsəlmanların ümumi düşmənidir ".

Qaynaq: http://farsi.khamenei.ir/news-content?id=11375

  • Yazılıb
  • da (də) 2013 Aug 01