Tarix : 2013 Jul 31
Kod 39735

Doktor Gəncəvi: “Qüdsə azadlıq”, “Qarabağa azadlıq” şüarları birlikdə səslənəcək!

İlahi ziyafət ayı davam edir. Dünya müsəlmanları varlıq aləmini yaradan qarşısında təzimlə baş əyib oruc tutur, dinlərinin kamilləşməsi üçün ikiqat artıq çalışırlar


İlahi ziyafət ayı davam edir. Dünya müsəlmanları varlıq aləmini yaradan qarşısında təzimlə baş əyib oruc tutur, dinlərinin kamilləşməsi üçün ikiqat artıq çalışırlar. Müxtəlif ölkələrdə müsəlmanlar öz Allahları ilə raz-niyaza məşğuldurlar. Amma bir neçə müsəlman ölkəsində insanlar rahat yaşaya bilmir. İşğal olunmuş Fələstin torpaqlarında, Suriyada, Qarabağda müsəlmanlar xoş gün görmür. Suriyada müsəlmanlar vahhanilərin amansız terroruna hədəf olub, Qarabağ qaçqınları ev-eşiklərindən didərgin düşüb. Daha bir il ötdü, amma Yaxın Şərqdə sionizm adlı xərçəng şişi yerində qalıb, işğalçılar öz cinayətlərini davam etdirirlər. Hər gün məzlum fələstinlilərin qətlinə şahid oluruq. Bir neçə gün öncə vəhşi sionist polisi 5 yaşlı fələstinlini göz yaşları içində, bədəni titrəyən bir halda atası ilə birlikdə həbsə aldı. Dünyanın harasında uşaqlarla belə rəftar edilir? Bəli, dünya sionizmin cinayətlərinə göz yumur, sanki fələstinli uşaqlar insan deyil.

Doğrudur ki, bütün müsəlman dünyası hazırda sionizmlə mübarizə meydanına daxil olub, məzlum fələstinlilərin intiqamını almaq imkanında deyil. Amma imam Xomeyni (r) mübarək ramazan ayının son cüməsini Qüds günü olaraq sionist rejimlə mübarizə günü elan etmiş, müsəlmanları etiraza çağırmışdır. Dünya müsəlmanları, o cümlədən Azərbaycan müsəlmanları həmin gündən bəhrələnərək zülmə qarşı etiraz səslərini dünya zalımlarına çatdırırlar. Zalımlardan tələb olunur ki, xərçəng şişi olan İsraili himayə etməkdən çəkinsinlər və məntəqədə sülh, sabitlik yaransın. Azərbaycan xalqı özü də işğaldan əziyyət çəkir. Hazırda Azərbaycan torpaqlarının 20%-i qəsbkar ermənilərin işğalı altındadır. Fələstin xalqının ağrılarını Azərbaycan xalqı daha yaxşı dərk edir.

Bu il işğalçı sionistlərin Fələstindəki cinayətlərinə daha bir əlavə olundu. Vəhhabi terrorçular ABŞ, İsrail satqın ərəb şeyxlərinin himayəsi altında Suriya xalqını qanına bələdi. Təkfirçi vəhabilər üçün heç bir mənəvi dəyər, prinsip müqəddəs deyil, ziyarətgahları uçururlar, qadın və kişilərin başını rahatlıqlar kəsirlər, uşaqları qətlə yetirirlər, məzlum xalqı ibtidai insan haqqlarından məhrum edirlər. Terrorçuların bir məqsədi var: İsrailə qarşı müqavimət hərəkatını qırmaq. Sionistlər 33 və 22 günlük müharibələrdə müqavimətə zərbə vura bilmədilər. Hazırda vəhşi, düşüncəsiz vəhhabiləri silahlandırıb qızışdırmaqla çirkin məqsədlərinə çatmaq istəyirlər.

Bəli, bu il Qüds günü ötən illərdəkindən daha çox əhəmiyyət daşıyır. Peyğəmbər ardıcılları, həqiqi İslam rəhbərləri, imam Xomeyni aşiqləri, Qarabağın azadlığını gözləyənlər iradə göstərib Qüds gününü əzəmətlə keçirəcəklər. “Qüdsə azadlıq” “Qarabağa azadlıq” şüarları inşaallah birlikdə səslənəcək.

Doktor Gəncəvi

 

 

 


  • Yazılıb
  • da (də) 2013 Jul 31