Tarix : 2013 Jul 31
Kod 39733

ABŞ-ın Bakıdakı səfirliyinə qarşı hücum xəbəri yayılıb

Xəbərdə hadisə nəticəsində bədən xəsarəti alnların da olduğu barədə məlumat verilib

Xəbərdə hadisə nəticəsində bədən xəsarəti alnların da olduğu barədə məlumat verilib.

Xəbər Azadxeber portalı tərəfindən verilib. Məlumatda oxuyuruq:

Bir neçə gün əvvəl axşam saatlarında Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı, polis baş serjantı Asif Salahov ABŞ səfirliyində xidmət aparan zaman 23 yaşlı Naxçıvan sakini Vüsal Səfərov və onun həmyaşıdı olan Tovuz rayon sakini İlqar Tağıyev posta soxulublar. Sərxoş vəziyyətdə olan şəxslər heç bir səbəb olmadan A. Salahov və onun post yoldaşı olan 31 yaşlı polis serjantı Şəmil Babayevə nalayiq sözlər deyib, təhqir ediblər. Sonra isə postda olan stəkanı götürüb sındıraraq polis nəfərlərinə əl nahiyələrindən xəsarət yetiriblər. Polis əməkdaşları xəsarətlə bağlı DİN-in hospitalına yerləşdiriliblər.

 Nəsimi Rayon Polis İdarəsindən bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

 


  • Yazılıb
  • da (də) 2013 Jul 31