Tarix : 2013 Jul 29
Kod 39724

Sionist rejim ən çox silahı Bakıya satır

Azərbaycan Respublikasının son illər ərzində aldığı silahların statistikası göstərir ki, Bakı ən çox silahı sionist rejimdən almışdır

Azərbaycan Respublikasının son illər ərzində aldığı silahların statistikası göstərir ki, Bakı ən çox silahı sionist rejimdən almışdır.

sionist rejimin silah ixracatı idarəsi bir statistik məlumat yayaraq bildirib ki, bu rejim dünyada əsas silah ixracatçısı olan 10 ölkəyə daxildir. Bu rejimin statistikası göstərir ki Bakıya silah satanlar arasında sionist rejim birinci yerdə durur.

Sionist rejimin silah ixracatı idarəsinin direktoru Şamay Aviel deyib ki, bu rejim ötən miladi ilində 7,470 milyard dollar dəyərində silah sataraq, dünya üzrə 10 əsas silah satanlar sırasında durur, hətta bəzi özəl silahların satışı baxımından 5-ci yerdədir.

Sionist rejim ötən miladi ilində silah satışını iki dəfə artırıb və bu rejimin istehsal etdiyi silahın 71%-i satılır.

Sionist rejim ən iri silah müqavilələrini isə Azərbaycan Respublikası, Hindistan, Amerika, Kanada və bəzi Afrika və latın Amerikası ölkələri ilə bağlayır

Radar təsisatları, raket və hava sistemləri 49% xüsusi dəniz silahları 10% peyk, izləmə və casusluq təchizatları isə qalan hissəni təşkil edir.

Pilotsuz təyyarələrin satışı isə sionist rejimin silah ixracatının 3%-ini təşkil edir və beləliklə də Amerikadan sonra bu kimi silahların əsas ixracatçısı sionist rejimdir.

 

 


  • Yazılıb
  • da (də) 2013 Jul 29