Tarix : 2013 Jul 24
Kod 39701

İran və İraq arasında qaz sazişi imzalanıb

İran və İraq arasında İraqın “Bağdad”, “Sadr” və “Əl-Mansura” SES-lərinə qazın nəqli ilə bağlı sazış imzalanıb

 

İran və İraq arasında İraqın “Bağdad”, “Sadr” və “Əl-Mansura” SES-lərinə qazın nəqli ilə bağlı sazış imzalanıb.

Bu haqda İran hökumətinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə deyilir ki, sazişi İranın neft sənayesi naziri Rostam Kasemi və iraqlı həmkarı Abdul Karim Luaibi imzalayıb.

Qeyd edək ki, sazişin imzalanması üçün aparılan danışıqlar 2 il idi ki, davam edirdi. Sazişə əsasən, İran 3.7 milyard dollar məbləğində İraqa qaz nəql edəcək. Qaz kəməri isə bir neçə aydan sonra hazır olacaq.

Trend

  • Yazılıb
  • da (də) 2013 Jul 24