Tarix : 2013 Jul 23
Kod 39675

"Azərbaycanda daşınmaz əmlakın qeydiyyat müddəti iki dəfədən çox azalıb"

Bu barədə layihəni maliyyələşdirən Dünya Bankının (DB) missiyasının hesabatında bildirilir

Bu barədə layihəni maliyyələşdirən Dünya Bankının (DB) missiyasının hesabatında bildirilir

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı layihəsi 2012-ci ilin sentyabrında son icmal missiyasından etibarən davamlı tərəqqiyə nail olub. Trend-in məlumatına görə, bu barədə layihəni maliyyələşdirən Dünya Bankının (DB) missiyasının hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, əmlakın qeydiyyatı üçün tələb olunan günlərin sayı 2012-ci ilin sonu ilə müqayisədə orta hesabla daha dörd gün azalıb: "Hazırda əmlakın qeydiyyata alınması üçün lazım olan vaxt 14 gündür. Layihənin başladığı vaxt isə bu rəqəm 30 gün təşkil edirdi".

DB mütəxəssisləri bu sahədə istehlakçıların məmnunluq səviyyəsinin kəskin artdığını vurğulayırlar: "Rəyi soruşulan respondentlərin təxminən 75 faizi öz mülklərinin qeydiyyatı zamanı təqdim olunan xidmətlərin keyfiyyətindən məmnun olduqlarını bildiriblər. İstehlakçıların məmnunluğunun kəskin artımı əsasən Azərbaycanda elektron xidmətlərin inkişafı ilə izah edilir".

  • Yazılıb
  • da (də) 2013 Jul 23