Tarix : 2013 Jul 23
Kod 39670

İndi Şeyxin də öz “boz kardinalı” var

Simran Həsənov QMİ yeni yaradılan Mərkəzi Aparat Sisteminin rəhbəri təyin olunub

Simran Həsənov QMİ yeni yaradılan Mərkəzi Aparat Sisteminin rəhbəri təyin olunub

HaqqYolu - Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) idarəetmə sistemində ciddi dəyişikliklər olub (amma şeyx dəyişməyib). Dəyişikliklər əsasında idarədə yeni sistem yaradılıb. QMİ-dən verilən məlumata görə, QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin imzaladığı əmrə əsasən, QMİ-də mərkəzi aparat sistemi yaradılıb.

Hacı Allahşükür Paşazadənin digər əmri ilə keçmiş Azərbaycan Mətbuat və İnformasiya Nazirliyinin idarə rəisi Simran Həsənov Aparata rəhbər təyin olunub. Qeyd edək ki, S. Həsənov 1990-91-ci illərdə Azərbaycan Dövlət Televiziyasında “7 gün” proqramının aparıcısı olub. 1992-93-cü illərdə isə Nazirliyin idarə rəisi kimi çalışıb.

Apa

  • Yazılıb
  • da (də) 2013 Jul 23