Tarix : 2013 Jul 21
Kod 39639

Azərbaycanın televiziya kanalından ilk dəfə olaraq Səlim Müəzzinzadənin səsi ilə azan səsləndirildi

Səlim Müəzzinzadə Ərdəbilinin azan səsi ''Əliyyən vəliyullah'' nidası ilə Allah ziyafətinin qonaqlarının iftar süfrəsində Bakının ANS telekanalının dalğası vasitəsilə Azərbaycan Respublikasının ...

Səlim Müəzzinzadə Ərdəbilinin azan səsi "Əliyyən vəliyullah" nidası ilə Allah ziyafətinin qonaqlarının iftar süfrəsində Bakının ANS telekanalının dalğası vasitəsilə Azərbaycan Respublikasının oruc tutrmuş müsəlmanlarının ürəyində ümid şitili əkdi.

AranNews - Mübarək Ramazan ayı münasibətilə ilk olaraq Səlim Müəzzinzadə Ərdəbilinin azan səsi "Əliyyən vəliyullah" nidası ilə Allah ziyafətinin qonaqlarının iftar süfrəsində Bakının ANS telekanalının dalğası vasitəsilə Azərbaycan Respublikasının oruc tutrmuş müsəlmanlarının ürəyində ümid şitili əkdi.

ANS telekanalı üçün azan proqramının hazırlayıcısı azanın səslənməsi öncəsi ürək döyüntüsündən istifadə etmişdi. Bu da sanki o mənanı çatdırır ki, Cənubi Qafqaz müsəlmanları, əsasən də Azərbayacan Respublikasının şiələri bu ölkədə radio və televiziyanın təqribən bir əsr öncə təsisindən bəri belə bir azan səsini eşitmək üçün anları sayırdılar. Bu, ölkənin müsəlman xalqının və Azərbaycanın Qarabağ məntəqəsinin köçkün şiə əhalisinin bu dövrdə öz haqlarını diriltmək üçün özlərinə qayıtması deməkdir.

İran radiosunun ilk azanverəni Şeyx Əbdülkərim Müəzzin Ərdəbilinin atası Şeyx Fərəc Ərdəbilinin yaradıcılığı əsasında bəyat-türk dəstgahı üzərində səsləndirilən bu azan İslam dünyasının ən ürəyəyatan və xoşagələn azanı olaraq Səlim Müəzzinzadə Ərdəbilinin ömrünün ən münasib çağlarında Təbrizdə lentə alınmışdır. Azan proqramının hazırlayıcısının məhz bu azanı seçməsi onun nə qədər zövqlü olmasından xəbər verir.

77 yaşlı Səlim Müəzzinzadə, Müəzzin Ərdəbili nəslinin irsi olan ən ürəyəyatan səs və tonunu öz qızıl qırtlağında daşımasından əlavə, zil səsi və səmavi tonu ilə öz adını dünyanın nadir, yüksək və barmaqla sayılacaq səsləri arasında əbədiləşdirmişdir.

Hazırda Səlim Müəzzinzadə dünyanın müxtəlif müsəlman millətlərinin o cümlədən Orta Asiya, Cənub-şərqi Asiya, Ərəb, Afrika, Amerika, Avropa, Rusiya, əsasən də İstanbul və Əfqan səs səpkilərində səsləndirməyə çalışır.

Azərbaycan Respublikası 9 milyon cəmiyyəti ilə İran İslam Respublikasından sonra dünyanın ikinci şiə ölkəsidir və bu ölkə əhalisi indiyə kimi öz radio-televiziya kanallarından azan səsini eşitməkdən məhrum olmuşdular.

Viliam Durant özünün "Sivilizasiya tarixi" kitabında yazır ki, bəşəriyyətin dünya mədəniyyəti tarixində Adəmdən Xatəmə kimi müsəlmanların azan səsləndirməsi kimi gözəl və qalarıqlı bir musiqiyə rast gəlməmişəm. Müsəlmanlar dünyanın ən ucqar nöqtələrində gündə 5 dəfə azan səsləndirir və bununla eyni zamanda Allah qarşısında təzim etməklə yanaşı bir-birlərinə vəhdət əli uzadırlar.

Ustad Şəhriyar da özünün türkcə və farsca olan şerlərində müsəlmanların azanının əhəmiyyət və əzəmətinə işarə edərək deyir ki, azanın zümzüməsidən müsəlmanların vəhdət rəmzi olan can səsi eşidilir.

Ustad azanverənə xitab edərək deyir:

Gecədir, Davudun cəhcəhini göylərə ucalt.

Üfüqlərdən keçsin və Qafın quşları qanad çalsın.

Bu hansı haraydır mədhuş edir üfüqləri?

Məhşərin başlanmasını xəbər verirmi?

Sən de azan və həzrət Davudun münacatın

Ki, kainat toplaşsın namaz üçün.

  • Yazılıb
  • da (də) 2013 Jul 21