Tarix : 2013 Jul 17
Kod 39508

Azərbaycanın məhkəmə sistemində beynəlxalq qanunların yeri-AİP sədrinin hüquqları aşkar surətdə pozu

AranNews - Zindanın ömrünü bəşərin ömrü qədər bilmək olar. Tarixi və dini kitablarda dəfələrlə zindandan söhbət açılıb. Müxtəlif dövrlərdə və hüquqi məktəblərdə zindanın vücudunun fəlsəfəsi barədə müxtəlif nəzərlər mövcud olsa da əsas budur ki, bir sıra insanlar həbs olunmalıdır ki, cəmiyyət asudə yaşaya bilsinlər.

AranNews - Zindanın ömrünü bəşərin ömrü qədər bilmək olar. Tarixi və dini kitablarda dəfələrlə zindandan söhbət açılıb. Müxtəlif dövrlərdə və hüquqi məktəblərdə zindanın vücudunun fəlsəfəsi barədə müxtəlif nəzərlər mövcud olsa da əsas budur ki, bir sıra insanlar həbs olunmalıdır ki, cəmiyyət asudə yaşaya bilsinlər. Lakin tarix boyu bir sıra insanlar da azadlıqdan məhrum olub ki, cəmiyyət yox, bəlkə bəzi müəyyən və adətən, siyasi qüdrəti əlində toplamış şəxslər onların həqiqəti demələrindən və başqa camaatla təkcə haqqını tələb etməkdə fərqli olanların əlindən rahat qalsınlar. Həzrət Yusifin (ə) hekayəsi bu mövzunun Quran şahididir. Əlbəttə, bu qəmli dastan müxtəlif zaman və məkanlarda dəfələrlə təkrar olunmuşdur.

İbrətli və eyni zamanda qəmli tarixi müşahidə etmiş və bu günləri dünyanın ikinci şiə ölkəsi kimi Azərbaycan Respublikası adlanan Arazın şimal ərazisi belə hadisələri çox görmüşdür. Kommunistlərin 70 illik hakimiyyətini təcrübə etmiş bu məntəqənin öz tarixi yaddaşında şəhid ayətullah şeyx Əbdülğəni Badkubeyi, şəhid seyid Məhəmməd, şeyx Hənifə Badkubeyi, şəhid şeyx Əbdülğəffar Ordubadi, Mirzə Əbdülğəffar Ordubadi, seyid Məhəmməd Ağa, Mirəşrəf Saliyani kimi öz dini etiqadlarını müdafiə etdikləri, şiə təlimlərini tərvic etdikləri üçün həbs edilmiş və həbsdə ən bərk fiziki və mənəvi işgəncələrə məruz qalaraq şəhadətə yetmiş alimlərin adı vardır. Əlbəttə, kommunistlərin hakimiyyəti sona yetdikdən sonra da bu acı hekayə bitmədi və Azərbaycanın müstəqillik qazanmasından sonra da  İslam Partiyasınn bu ölkədə ilk təsisçisi mərhum hacı Əlikram Əliyev heç bir cinayətə mürtəkib olmadan kommunistlərin dövründə həbs edilən alimlərin həbs edilməsi səbəbləri ilə müxtəlif zamanlarda (1996-1999 və 2002-2003) Bakının rütubətli zindanlarına salındı və bu üzdən xəstəliyə düçür oldu, nəhayət bu xəstəliklərdən də vəfat etdi. Bundan sonra da digər dindarlar, o cümlədən AİP-in sədr müavini şəhid Vaqif Abdullayev və şəhid Füzuli Novruzov ölkənin orta məktəblərində hicab qadağasına etiraz etdikləri üçün həbs olundular və Azərbaycan Respublikasının zindanlarında şəhadətə yetdilər. Hazırda 150 nəfərə yaxın azərbaycanlı dindar bu ölkənin zindanlarında saxlanır.

Azərbaycan İslam Partiyasının sədri doktor Səmədov da 2011-ci ilin yanvarın əvvəllərində tənqidli çıxışından sonra həbs edilmiş və 12 il azadlıqdan məhrum edilmiş məhbuslardandır. Bir neçə gün bundan qabaq onun həbs edilməsinin ikinci ildönümü ilə eyni zamanda  xəstəxanaya köçürülməsi xəbəri azəri mətbuatında geniş əks səda doğurdu. Bu yaxınlarda Azərbaycanın Ziyalılar Formu tərəfindən "2012-ci ilin Mədəniyyət Adamı" adına layiq görülmüş doktor Səmədovun həyatı azəri islamçıları və məntəqə ölkələrinin müsəlmanlarından əlavə, Avropa ölkələrinin insan haqları dairələrinin diqqətini özünə çəkdi. (Yeni Musavat) Bu dairələr açıqlama verməyə məcbur oldular ki, AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserin son siyahısına doktor Səmədovun adı da siyasi məhbus kimi salındı. Üstəlik, fransalı məşhur vəkil Andre Çami Avropa məhkəməsində Mövsüm Səmədovun hüquqlarını də müdafiə etməyi qəbul etmişdir. Bu da AİP liderinin həbsinin transmilli ölçülərini göstərir. ("AranNews" İslamçıların Hüquqlarının Müdafiə komitəsinin sədrinin məlumatı əsasında)

Bu arada diqqəti çəkən və hüquq dairlərinin təəccübünü doğuran budur ki, AİP sədrinin işində çoxlu daxili və xarici həssaslıqlara baxmayaraq, AR-nın məhkəmə orqanları dövlətin BMT və İƏT kimi təşkilatlara üzv olduqda qəbul etdiyi öhdəçilikləri bu iş barədə pozur. Sözsüz ki, bununla ölkənin məhkəmə çöhrəsini beynəlxalq sistemlərədə, əsasən də İƏT və AB təşkilatları arasında daha çox zədələyir.

Azərbaycan Respublikasının doktor Mövsüm Səmədovun işi barədə pozduğu beynəlxalq qayda-qanunların əsasları bunlardır:

- Şəri vəzifələrin yerinə yetirilməsi, eləcə də əmr be məruf və nəhy əz münkərin icra olunması istiqamətində tənqidi çıxışına görə hacı Möhsün Səmədovun həbs edilməsinin özü və ona 12 il qeyri-münasib və ağır həbs qərarının verilməsi beynəlxalq insan haqlarının bildirişinin 3-cü maddəsi, BMT-nin hüquq və siyasi beynəlxalq meyarının 18 və 19-cu maddələri, eləcə də Qahirədə İslam Əməkdaşlıq Təşkilatının islam insan haqları bildirişinin 20 və 20-ci maddələri ilə ziddiyyətdədir.

- Səmədova qarşı silah saxlamaq və milli təhlükəsizliyə qarşı addım kimi irəli sürülən əsassız ittihamlar onun ictimai şəxsiyyəti ilə uyğunluğu olmadığı üçün ümumi fikir və insan haqları tərəfindən qəbul olunmasa da, insan kəramətinə riayəti tövsiyə edən beynəlxalq hüquq prinsipləri və qanunları ilə açıq-aşkar təzaddadır. (Nümunə üçün: BMT-nin nizamnaməsinin müqəddimə və maddəsinin üçüncü bəndi).

- İşin Avropa Şurası Parlament Assambleyasına göndərilməsinin qarşısının alınması üçün cənab Səmədov üçün Ali Məhkəmənin keçirilməməsi (Məhkəmə iclasının təcili keçirilməsi beynəlxalq qanunlardan əlavə, müqəddəs İslam şəriətində də təkid olunmuşdur).

- Qeyri-standart və rütubətli, həmçinin indiyə qədər iki nəfərin vəfat etməsi və AİP sədrinin xəstələnməsi ilə nəticələnən həbsxanalarda Səmədov və digər islamçıların saxlanılması, eləcə də həbsxana sistemindən kənar mütəxəssis həkimlər tərəfindən xəstə məhbusların müalicəsi üçün zəmin yaradılmaması beynəlxalq qanun-qaydalarla təzaddadır (BMT-nin məhbuslar üçün ən azı standart şəraitin yaradılması qanunu və 1977-ci il mayın 13-də məhbusların hüquqları barədə qəbul edilmiş qanuna əsasən).

- Səmədov barəsində məzuniyyətə buraxmaq, nəşriyyat və həkimlə əlaqədə olmaq kimi məsələlərdə siyasi məhbusların ilkin hüquqlarına riayət olunmaması açıq-aşkar şəkildə müşahidə olunur. Belə ki, onun vəkili "Faktxəbər" saytında verdiyi açıqlamasında həbsxana sistemindən kənar həkim tərəfindən cənab Möhsün Səmədovun müayinəsi üçün onun (Səmədovun hüquqlarını müdafiə edən vəkilin) səylərinin nəticəsiz qalması bildirilir (1977-ci il mayın 13-də məhbusların hüquqları barədə qəbul edilmiş qanuna əsasən).

- Doktor Səmədov tez-tez istintaq olunması (İslamçıların Hüquqlarının Müdafiə komitəsinin sədrinin azəri saytlarına verdiyi məlumatı əsasında) və silah saxlaması, Azərbaycan dövlətinin təhlükəsizliyi əleyhinə hərəkətlər etməsinə dair ondan etiraf almağa çalışmaları (əlbəttə, ictimai fikir bunun saxta olmasına inanır) BMT-nin 1984-cü ilin dekabrın 10-da məhbusların işgəncə olunmasını qadağası barədə qəbul etdiyi qanunun pozulmasının aşkar nümunəsidir.

Azərbaycan məhkəmə sisteminin doktor Səmədovun işində beynəlxalq qayda-qanunları pozmasını daha aydın göstərmək üçün bəzi beynəlxalq qayda-qanunları ümumi-xülasə şəkildə diqqətinizə çatdırırıq:

Ümumdünya İnsan Hüquqları Bəyannaməsi maddə 3:

"Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır".

Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt maddə 17:

" Hər bir insan düşüncə, vicdan və din azadlığı hüququna malikdir. Bu hüquqa özü seçdiyi dinə və əqidəyə malik olmaq və ya öz istədiyi dini və əqidəni qəbul etmək azadlığı və öz dini və əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə, açıq və ya özəl qaydada etiqad etmək, ibadət etmək, dini və mərasim ayinləri və təlimini yerinə yetirmək azadlığı daxildir".

Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt maddə 19:

1. "Hər bir insan maneəsiz olaraq öz fikirlərində qalmaq hüququna malikdir".

2. "Hər bir insan öz fikrini sərbəst ifadə etmək hüququna malikdir. Bü hüquqa hər cür informasiyalara və ideyalara dövlət sərhədlərindən asılı olmayaraq şifahi və ya yazılı şəkildə, mətbuat və ya bədii ifadə formaları vasitəsilə və yaxud öz seçiminə uyğun olaraq digər üsullarla axtarmaq, almaq və yaymaq hüququ daxildir".

İslam İnsan Hüquqları Bəyannaməsi maddə 19:

"Şəriət hökmlərinə uyğun səbəb olmadan heç bir cəzalandırma yoxdur".

İslam İnsan Hüquqları Bəyannaməsi maddə 20:

"Şəriət hökmləri icazə verməsə heç bir insanı həbs, azadlıqdan məhrum, sürgün etmək və ya cəzalandırmaq olmaz, ona fiziki və mənəvi işgəncə vermək, təhqir etmək, ya insanlıq heysiyyətinə zidd olan rəftar etmək olmaz".

İslam İnsan Hüquqları Bəyannaməsi maddə 22:

1. "Hər bir insan şəriətin əsasları ilə zidd olmayan düşüncələrini sərbəst ifadə etmək hüququna malikdir".

2. "Hər bir insan İslam şəriətinin qaydaları əsasında xeyrə və pislikdən çəkinməyə dəvət haqqına malikdir".

3. "Təbliğ cəmiyyət üçün həyati bir məsələdir. Ondan sui-istifadə etmək, müqəddəslərə, peyğəmbərlərin kəramətinə, dəyərlərə xələl gəlməsinə, camiədə çaşqınlıq yaranmasına, ya onun ziyanına, yaxud etiqadın məhv edilmsi üçün istifadə etmək qadağandır".

BMT-nin Nizamnaməsi: müqəddimə və 3-cü bənd, maddə 1:

"BMT-nin nizamnaməsi qəbul etmiş ölkələr əsas hüquqları, insan kəraməti, insanın şəxsi dəyərinə inandıqlarını bu sənədin müqəddiməsində bildirmişlər və 3-cü bəndin 1-ci maddəsində insan hüquqlarına hörmət etməyi, heç bir ayrı-seçkilik olmadan hamı üçün azadlıq əsaslarına təşviqi BMT-nin hədəflərindən sayıblar".

Məhbuslar barədə cinayətə mürtəkib olmanın və onları icbari əməyə məcbur edilməsinin qarşısını almaq məqsədilə BMT-nin məhbuslarla rəftarda standartlara əməl edilməsi barədəki qanun 1955-ci ildə Cenevrədə qəbul edilmiş və BMT-nin iqtisadi və ictimai şurası tərəfindən təsdiq edilmişdir.

22-ci maddənin 2-ci bəndində deyilir:

"Xüsusi baxıma ehtiyacı olan xəstələr ixtisaslaşmış həbsxanaya, ya şəhər xəstəxanaya aparılması şəraiti yaradılmalıdır. Məhbusun münasib müalicə almasına imkan yaranana qədər həbsxanada müalicə üçün dərmanlar və əczaçılıq preparatları və lazım olan ixtisasa yiyələnmiş həkim olmalıdır".

24-cü maddədə deyilir:

"Həkim məhbusu ən mümkün qısa zamanda qəbul etməli və lazım olan müayinəni etdikdən sonra lazımı tədbirlər görməlidir".

25-ci maddənin 1-ci bəndində deyilir:

"Həkim məhbusun cismi və mənəvi sağlamlığına nəzarətin məsuludur. O hər gün xəstə məhbusları və xəstəlikdən şikayətlənən məhbusları yoxlamalıdır".

"Zərurət surətində xəstələrin zindandan xaricdəki xəstəxanalara köçürülmələri təmin edilməlidir".

1977-ci il 13 mayda qəbul edilmiş Məhbusların Hüquqları Konvensiyasının 22, 24, 37 və 44- cü maddələrində BMT yuxarıda qəbul edilmiş qanunlarla yanaşı məhbusların digər hüquqlarını xüsusi təkid edir.

BMT-nin 1984-cü ilin dekabrın 10-da məhbusların işgəncə olunmasını qadağası barədə qəbul etdiyi qanun:

Şəxsin fiziki əziyyətinə və ağrımasına səbəb olacaq hər bir əməl bilərəkdən etmək işgəncə sayılır. Xüsusilə də bu şəxsdən yaxud üçüncü şəxsdən məlumat və ya iqrar almaq məqsədilə edildikdə (qadağan edilir).

Mövzumuzun sonuda Azərbaycan Respublikasının cəmiyyətinin 95 faizinin müsəlman olmasını, bu ölkənin İslam Əməkdaşlıq Təşkilatının üzvlüyü və İslam ölkəsi olmasını nəzərə alaraq İslamda ən önəmli məhbus hüquqlarını açıqlayaq ki, bu ölkədə məhbuslar barədə islami hökmlərə riayət edilməsinin ölçüsü aydın olsun.

İslamda məhbus hüquqları:

Dini mərasimlərdə iştirak etmək hüququ; cümə namazı, bayram mərasimləri və s. kimi

Yaxınları ilə görüşmək hüququ

Məzuniyyət hüququ

Məhkəmənin təcili keçirilməsi hüququ

Həyat yoldaşı olmaq hüququ

Xəstənin həbsdə saxlanmaması hüququ

Qadınların kişilərdən ayrı saxlanması hüququ

Etiraf və iqrar almaq məqsədilə fiziki və ruhi işgəncəyə etiraz hüququ

Nəfəqə hüququ ("Təbəsi", 1382).

Sözardı

Məhbusların hüquqlarına riayət etmək ədalətli məhkəmə sisteminin mövcudluğunu göstərən ən əsas və tanınmış meyarlardan biridir. Eləcə də ədalətli məhkəmə sisteminin mövcudluğunun özü ölkədə ədalətli siyasi hakimiyyət rejiminin göstəricisidir. Bir ölkədə respublika, padşahlıq, əmirlik və bunlar kimi siyasi hökumətlərə diqqət etmədən dövlət başçılarının və işçilərinin ədalətin riayətində iddialarını təsdiq edən meyar, onun hökumətin müxaliflərinin hüquqlarına nə qədər riayət etməsidir. Bu mövzu siyasi məhbuslar barədə özünü daha çox göstərir. Çünki onlar bir tərəfdən birbaşa olaraq hakim rejimlə bir növ iddiada, digər bir tərəfdən isə öz şərəfli maraqlarınına görə siyasi məhbusdurlar. Bu üzdən onlara qarşı daha çox yumşaqlıq göstərilməlidir. Amma Azərbaycan Respublikasında bu mövzu xüsusilə islamçı siyasi məhbuslar barədə tamamilə əksinədir. Hal-hazırda bu ölkənin zindanlarında onlarla məhbus ruhi işgəncəyə məruz qalıb və zindanın qeyri-standart şəraiti üzündən xəstəliklərə düçür olub.

Sözsüz, hazırkı durumda ictimai fikir, əsasəndə insan hüquqları dairələri Azərbaycanın siyasi və məhkəmə sistemindən məhbuslar, xüsusilə də siyasi məhbuslar barədə beynəlxalq hüquq qayda-qanunlarına riayət etməyi gözləyirlər. Bu arada məhbuslarla davranmada standartlara riayət etmək məqsədilə bütün ölkələrin yekdil nəzəri ilə qəbul edilmiş "Məhkumların Hüquqlaının Dəstəklənməsi Konvensiyası" xüsusi əhəmiyyət daşıyır.

Əlbəttə, islami ölkədə beynəlxalq qanunların hamısından üstün olan İslam təlimləri, əsasən də Qurani-kərimin nurlu göstərişləri ölkə başçılarının və xalqın vəzifəsini lazımınca təyin edir.  Ümid edilir ki, İslam ölkələrinin, o cümlədən Azərbaycan Respublikasının rəhbərləri İslam hökmləri ilə zidd olan siyasət və rəftarlarında öz nəzərlərini dəyişəcək, tolerantlıqlarını gücləndirəcək, islam fəallarının ürəkyanalıqla dedikləri tənqidləri qəbul etməklə, islamçıların dini etiqadlarından olan əmr be məruf və nəhy əz münkər kimi təkliflərinə zəminə yaratmaqla yanaşı İslam torpaqlarının bir hissəsi olan Qarabağın azad olunmasında faydalanacaqlar.

Müəllif: Rza Qədimi, beynəlxalq hüquq məsələləri üzrə ekspert

İstifadə edilmiş mənbələr:

"Məhbusun hüquqları və İslamda zindanın yeri", Təbəsi, Nəcməddin, Bostane ketab, Qum, 1382, birinci çap.

  • Yazılıb
  • da (də) 2013 Jul 17