Tarix : 2013 Jul 16
Kod 39498

Ermənistan iqtisadiyyatı çökür

İşğalçı ölkənin vətəndaşları səfalət içərisindədirlər
/arannews

u gün dünya iqtisadiyyatında baş verən proseslər Ermənistanda böyük narahatlıqla izlənməkdədir. Bunun işğalçı ölkəyə hansı təsirlər göstərəcəyi isə geniş müzakirə predmetinə çevrilməkdədir. Səbəbi isə Ermənistanın xarici yardımlardan asılı dövlət olması və kənardan kömək olmadan mövcudluğunu davam etdirməsinin mümkünsüzlüyüdür. Çünki Qərb ölkələrinin üzləşdiyi iqtisadi problemlər və yaşanan tənəzzül Ermənistana həmin dövlətlər tərəfindən edilən yardımların kəsilməsi deməkdir.

Belə bir vəziyyətdə Ermənistanda əhalinin sosial durumu dözülməz bir həddə çatmaqdadır. Vəziyyətdən yeganə çıxış yolu kimi Ermənistan əhalisi əvvəlki qaydada ölkədən birdəfəlik miqrasiya edərək yaşamaq üçün başqa ölkələrə üz tutur. Bu, Ermənistan əhalisinin haqlı narazılığının daha da artmasına, etiraz aksiyalarının geniş vüsət almasına səbəb olur. Erməni ekspertləri mətbuata verdikləri açıqlamalarında qeyd edirlər ki, bu gün yaşanacaq hər hansı bir yeni qlobal maliyyə böhranının Ermənistana təsiri daha geniş miqyasda olacaq. Bu, həm Ermənistana xaricdən gələn maliyyə axınının dayanması, həm də iş dalınca başqa ölkələrə üz tutanların əmək fəaliyyətinə son qoyulması ilə nəticələnəcək.

Ermənistan mətbuatının verdiyi xəbərə görə isə vergi sahəsində də vəziyyət çox bərbaddır. Vergi yığımlarının miqdarının aşağı olmasının əsas səbəbi ölkədə əksər biznes, ticarət və digər kommersiya obyektlərinin məmurlara məxsus olmasıdır. Bu isə həmin obyektlərdən ya heç bir vergi alınmaması, ya da yığılan verginin miqdarının simvolik xarakter daşıması ilə nəticələnir. Müxtəlif qiymətləndirmələrə görə Ermənistanda gizli iqtisadiyyatın xüsusi çəkisi ümumi daxili məhsulun ən azı 70 faizinə çatır. Hökumətin buna qarşı apardığı mübarizə isə yalnız kağız üzərində mövcuddur. Sadə əhali isə hər keçən gün daha acınacaqlı vəziyyətə düşməkdə, gündəlik maddi ehtiyaclarının qarşılanmasında belə ciddi çətinliklər yaşamaqda, az qala hər gün qiymətlərin qalxmasından əziyyət çəkməkdədir.

Hadisələrin bu səpkidə cərəyan etdiyi bir vaxtda ermənilər növbəti dəfə ənənələrinə sadiq qalaraq daha bir ərazi iddiası ilə çıxış ediblər. Belə ki, Yerevanda keçirilən Dünya erməni hüquqşünasların forumunda Ermənistanın baş prokuroru Aqvan Ovsepyan bəyan edib ki, Ermənistan Türkiyədə olan itirilmiş ərazilərini geri qaytarmalıdır. Ermənistan hökumətində bu səviyyədə vəzifə daşıyan rəsmi şəxslərin belə bəyanatları sadəcə, qeyri-ciddilikdir. Hələ də tarix boyu böyük güclərin əlində yalnız bir vasitə olan, hər zaman bu və ya digər dövlətin ərazisində məskunlaşan ermənilər torpağa, vətənə bağlı olmayan xalq kimi tanındıqlarını anlaya bilmirlər.

Çox da uzağa getməyən erməni tarixinə nəzər yetirdikdə aydın görmək olar ki, bu xalq daim başqa dövlətlərin ərazilərində məskunlaşıb, zaman-zaman isə yaşadıqları yerlərdən başqa məskənlərə köç ediblər. Buna əsas səbəb yenə dünya siyasətinin gedişini müəyyənləşdirməyə çalışan güclər tərəfindən ermənilərə adi bir vasitə kimi yanaşılması olub. Bu mənada təsadüfi deyil ki, ermənilər hər fürsət düşən kimi Ermənistanı birdəfəlik tərk edərək müxtəlif xarici ölkələrdə məskunlaşırlar. Çünki bu torpaqlara hər hansı tarixi bağlılıqları yoxdur və buna görə vətən sevgisindən məhrumdurlar. Xaricə köç edən ermənilərin çox vaxt Ermənistanla əlaqələrini tamam kəsmələri, bu ölkədə baş verənlərə biganə yanaşmaları da qeyd edilənlər fonunda tamamilə təbii sayılmalıdır. /milli.az

 

  • Yazılıb
  • da (də) 2013 Jul 16