Tarix : 2013 Jun 22
Kod 38969

Həbsdə olan dindarın anası vəfat edib

Azərbaycan Respublikasında orta məktəblərdə tətbiq edilən hicab qadağasına etirazlarına görə həbs edilən vətəndaşların birinin anası oğlunu azadlıqda görməmiş düniyasını dəyişib
/Aran Agentliyi

 

Azərbaycan Respublikasında orta məktəblərdə tətbiq edilən hicab qadağasına etirazlarına  görə həbs edilən vətəndaşların birinin anası oğlunu azadlıqda görməmiş düniyasını dəyişib.

İslam-Azəri saytının məlumatına görə, 5 oktyabr 2012-ci ildə Təhsil Nazirliyinin inzibati binası qarşısında keçirilmiş 3-cü "Hicaba azadlıq" aksiyasında həbs olunan 34 dindardan biri, Nofəl Məmmədov anası dünyasını dəyişməsinə xatir zindanda yas saxlayır.

Məlumata görə, Nərimanov rayon məhkəməsinin 1 il 9 ay həbs cəzası verdiyi Nofəl Məmədov, anasının hüzür məclisinə buraxılmayıb.

Digər hicab tərəfdarı, məhbus Seymur Bağırlı Nərimanov Rayon Məhkəməsinin 20 may qərarından apellyasiya şikayəti verib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Seymur Bağırlı 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. O, ötən il oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasında iştirakına görə təqsirli bilinib.

“Hicaba azadlıq” aksiyasına görə 35 nəfər azadlıqdan məhrum edilib.

Digər bir xəbərə əsasən, Masallıda həbs olunan dindarların Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarından verdikləri şikayətə iyulun 4-də baxılacaq.

Şirvan Apellyasiya Məhkəməsində iyunun 13-nə təyin edilən proses qeyri-müəyyən müddətə təxirə salınmışdı.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin aprelin 5-də çıxardığı qərarla jurnalist Araz Quliyev 8, Xalid Kazımov 8, Ziya Tahirov 7, Rza Ağalı 7, Surac Ağayev 5, Nicat Əliyev və Namiq Kişiyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Vüsal Quliyevə isə 3 il 6 gün şərti cəza verilib.

Dindarlar ötən il sentyabrın 8-də Masallı rayonunda pozqun folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərməkittihamı ilə tutulublar.

  • Yazılıb
  • da (də) 2013 Jun 22