Tarix : 2011 Sep 27
Kod 25647

ABŞ və Türkiyənin Cənubi Qafqaz planı

well/Aran agentliyi

 

 

Putinin dönüş xəbəri regionda hansı tarazlıqları pozdu?

Türkiyə yenidən Azərbaycana dəstək verə biləcəyini deyib. Ərazilərimizin işğaldan azad olunmasında qardaş ölkənin fəal yardım etməsi üçün isə ilk növbədə rəsmi Bakının istəyi lazımdır. Bunu da Türkiyənin baş diplomatı Əhməd Davudoğlu deyib. Türkiyənin yenidən bu təşəbbüslə çıxış etməsi hansı məqsədlərdən xəbər verir?

Xatırladaq ki, rəsmi Ankara zaman-zaman belə təşəbbüslərlə çıxış edib və Azərbaycana yaxından kömək etmək imkanında, istəyində olduğunu bildirib. Fəqət bir çox hallarda beynəlxalq dairələrin məlum, bəzi məqamlarda isə rəsmi Bakının naməlum addımları bu istəyin reallaşmasına mane olub. Türkiyənin yenidən bu niyyəti səsləndirməsinin arxasında dayanan bir çox amillər ola bilər. Ilk növbədə isə Ankara ilə Bakının münasibətlərinin korlanmasının Türkiyə və Azərbaycan xalqının münasibətlərinə, problemlərinə dəxli olmadığını göstərmək jesti ola bilər. Amma daha tutarlı səbəblər də olmamış deyil.

 

ABŞ yenidən cəhd edir?

Görünür, Putinin yenidən prezidentliyə namizəd olacağı barədə xəbərlər regionda maraqlı qüvvələrin kefini pozub. Xüsusilə Vaşinqtonda belə hesab edirlər ki, Putin Qafqazda təzədən və daha köklü şəkildə bərkimək istəyəcək. Ənənəvi rus siyasətinə uyğun olaraq, o, özünə qarşı daha çox səhv etmiş və siyasi baxımdan səriştəli olmayan liderlərlə işləyəcək. Bu baxımdan Putinin yenidən Rusiya prezidenti olması Ilham Əliyevin daha çox sıxışdırılacağı, amma hakimiyyətdə bərkidiləcəyi deməkdir. Onun bərkiməsi üçün isə Rusiya Cənubi Qafqazda qanlı siyasi qətllərə belə, əl ata bilər. Bu ssenari Ermənistana da aiddir. Bu isə bölgədəki Qərb layihələrinin birdəfəlik tarixin arxivinə getməsi deməkdir. Bu baxımdan az vaxt ərzində ABŞ Cənubi Qafqazda mövqelərini genişləndirmək barədə düşünür. Buna görə də Türkiyə Azərbaycan siyasətinə dəstək vermək niyyətindədir. Türkiyənin Cənubi Qafqazda güclənməsi Rusiyanın mexaniki zəifləməsi deməkdir. Rusiyada KQB polkovnikinin yenidən hakimiyyətə gəlməsi militar nəzarətdə olan Ermənistanın Moskvaya bir köynək daha yaxın sıxılması demək olacaq. Bu baxımdan bütün proseslərin mərkəzi kimi Azərbaycan düşünülür. Buna görə də Əhməd Davudoğlu “Ermənistan və Azərbaycan arasındakı münaqişənin həlli”ndən deyil, “Azərbaycan torpaqlarının işğaldan azad olunmasından danışır”. Bu isə o deməkdir ki, yenə də böyük oyunun kiçik qalibi olmaq imkanımız var. Biz Rusiyanın güclənməsini istəməyən Qərbin dəstəyi ilə Moskvanın nəzarətində işğal olunmuş torpaqlarımızı geri qaytarmaq üçün dəstək qazana bilərik. Bu dəstəyin səmimi olacağına qarant isə Türkiyənin prosesdə əsas rol oynayacağıdır.

 

 

Sərkisyan dişini göstərdi...

Maraqlıdır ki, Putinin yenidən prezidentliyə namizəd olacağı xəbərindən dərhal sonra Sərkisyan Türkiyəni və Azərbaycanı tənqid atəşinə tutub. Aydın olur ki, keçmiş hərbi cinayətkar özü üçün daha rahat regional müstəvinin formalaşacağını düşünür. Söhbət ondan gedir ki, Qərblə münasibətləri qaydasında olan Medvedevin rəhbərliyi dövründə Sərkisyan özünü “dil bilən” kimi aparmağa məcburdur

Seymur Həzi

 

  • Yazılıb
  • da (də) 2011 Sep 27