Tarix : 2011 Aug 25
Kod 24956

QÜDS - BİR MEYARDIR

well/Aran agentliyi

Mübarək ramazan ayı Qurani-Kərimdə adı zikr olunan aylardan biridir. Bu ayın fəzilətlərindən bircə onu demək kifayətdir ki, bütün mübarək və müqəddəs kitablar bu ayda nazil olub. Bu ayda yer əhli ilə göy əhli arasında bir rabitə yaranır. İnsanın əsl bəndəlik hədəfləri sərgilənir. Bu ayın ixlaslı əməllərinə müştəri Uca Yaradanın özüdür.

Bəli, qeyd etdiyimiz kimi bəndəlik hədəfi mexaniki müstəvidən təşrii, iradəvi müstəviyə keçir. Bəndənin kor-koranə etdiyi ibadi əməllərnin: namazının, həccinin, zəkatının və s. ixlas müstəvisinə keçirmək şansı yaranır. Bu əməllərdən bəziləri var ki, əsl bəndəlik tərənnümüdür. Təbərra və təvəlla (Allahın dostu ilə dost, düşməni ilə düşmən) kimi.

Bəli, artıq 30 ilə yaxındır ki, mübarək Ramazan ayının son cüməsi təbərra və təvəlla günü - Qüds günü kimi qeyd olunur. Təbərra və təvəlla elə əməllərdəndir ki, ixlas olmasa, bu əməlin həyata keçməsi müşkül olacaq. Məsələn, bir ailənin qatı bir düşməni var ki, ailəyə əlindən gələn zülmü edir. Amma ailənin bir üzvü var ki, onun şəxsi maraqlarına mane olmur deyə, bu düşməni özünə dost bilir və hər vəchlə onun əmrlərinə boyun əyir. Şəxsi maraqlarını hər şeydən üstün bilir. Hədisi-Qüdsə istinad olunan bir hədisdə belə buyurulur.

- Allah Təala bir gün Musadan (ə) soruşur: “Bu gün Mənimçün nə etmisən?”. Musa (ə) cavabında - namazı, sədəqəni və digər əməlləri sayır. Allah sadalananların hər birini müəyyən səbəblərlə edənin özünə aid olmasını buyurur. Musa (ə) “o hansı əməldir?” sualına cavab olaraq: ”təbərra və təvəlla” buyurulur. Yəni, bəndənin əsl dostu da, düşməni də Allaha görə olmalıdır.

Axı 300-dən artıq uşağı qətlə yetirən, günlərlə xəstə, qoca bilmədən əhalini susuz qoyan, müsəlman torpaqlarını qəsb edən bir mənfur rejimə necə şəxsi maraqlarına zidd deyil deyə, güzəşt etmək olar?! Bəli, ola bilər sənin dünyan üçün nəsə ziyan olsun, bu əməlindən ötrü kimlərinsə qınağına tuş gələsən, amma izzətini itirən adam qarşılığında nə qazana bilər ki? Fransız mütəfəkkiri Jan Jak Russo belə qeyd edib: “Bəzisi özünü başqasına hökmdar zənn edir, amma bu onun onlardan da artıq dərəcədə kölə olmağa mane olmur”.

 

İnsan - hədəfləri ölçüsündədir.

Qüds - Qasimdir. Mövla Əlinın (ə) bir adı da Qasimdir. İnsanlar Mövlaya olan münasibətlərinə görə savab və ya əzab əhlinə bölünəcəklər. Bu baxımdan Qüds də İslam ümməti arasında bir Qasimdir. Bu mübarək məkana olan münasibət təbərra və təvəla tərənnümüdür.

“Qüds - müstəzəflərin günüdür”. Rəhmətlik İmamın bu kəlamı bu günə bir cahanşümulluq verir. Biz Azərbaycan müsəlmanı olaraq, öz Qüdsmüzə - qəsb olunan torpaqlarımıza, verilən şəhidlərimizə və nəhayət, sökülən məscidlərimizə diqqət etməliyik. İllərdir Qudsün hər qarışı uğrunda aparılan mübarizədən bixəbər toplumun bir gün məscidlərinə əl uzanar və rahat şəkildə iki məscidi sökülər. Onun məscidlərinə “qeyri-qanunu “deyilərək heysiyyatlar təhqir olunar. Bəli, əgər sənin dostunun və düşmənin meyyarı Allah olmazsa, aqibətin tam ədalətlidir. Doğrudan da, bir məqalədə qeyd olunduğu kimi: “ƏN SONDA MƏSCİDLƏR SÖKÜLƏR”

Ya Rəbbi, dostlarımızı və düşmənlərimizi Sənə görə seçənlərdən et! Amin!

 

Mətləb Həmzəli

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

  • Yazılıb
  • da (də) 2011 Aug 25