Tarix : 2011 Jul 29
Kod 24381

İran İslam İnqilabının Qafqaz regonunda təsiri

g/Aran xəbər agentliyi

Xülasə

İran İslam İnqilabı super-güc ölkələrin fikir və düşüncələrini, ictimai mövqelərini zəiflətmək istədiyi xalqların daxili dəyişikliklərinə, inqilabi hərakatların, təşkilatların yaranmasına səbəb oldu. İran İslam inqilabının baş verməsi ilə dünya müsəlmanları qərb və şərqə bağlı olmayan müstəqil bir ideologiyanı, din və siyasətin bir-birindən ayrı olmaması nəzəriyyəsini nəzəri və əməli surətdə irəli sürən siyasi və ictimai bir ülgü ilə üzləşdilər. Onlar bu ideyanı öz ölkələrində də həyata keçirməyə çalışdılar.

Qafqaz müsəlmanları, xüsusilə də əhalisinin əksəriyyəti şiələrdən ibarət olan Azərbaycan Respublikası bu ülgünü qəbul etməkdə və bu məsələdən təsirlənməkdə öndə dururdular. Onlar İran İslam İnqilabını özləri üçün bərəkət bilirdilər.

Hazırkı məqalə bunu sübut etməyə çalışır ki, İran İslam İnqilabının baş verməsi ilə bu regionun (Qafqaz) müsəlmanlarının son illərdə İslam inqilabından təsirlənməsinin və siyasi-ictimai hərəkatlarda onu özünə ülgü götürməsinin şahidiyik. Baxmayaraq ki, bu yolda hökumət tərəfindən dərin problemlərələ və ağır çətinliklərlə qarşılaşırlar. Amma sözü gedən məntəqədə dini meyl və islamçılıq artmaqdadır.

 

Müqəddimə

Artıq, İran İslam İnqilabının baş verməsindən 33 il ötür. Gündən-günə bu inqilabın fəaliyyətinin daha da genişlənməsinin, təsirinin artmasını və dünyanın müxtəlif nöqtələrində bir ülgüyə çevrilməsinin şahidi oluruq. Belə ki, imam Xomeyninin (rh) adı ilə bir sıra qiyamlar baş vermiş, öz fikir və nəzəriyyəsini məlum inqilab çərçivəsi əsasında formalaşdıran təşkilat, qrup və cəmiyyətlər yaranmışdır.

İran İslam İnqilabı müsəlmanların hərəkatı üçün təkanverici qüvvə olmuş, İslam ölkələrini əbədi tənəzzüldə saxlamaq və sionistləri Orta Şərqdə bütün məsələlərin  mərkəz nöqtəsinə, hətta Nil-Fərat əfsanəsini həqiqətə çevirmək istəyən super-güc ölkələri region müsəlmanlarının ayıqlığı və inqilabı ilə üzləşdirmiş və gündən-günə onların regionda gücünü zəiflətməkdədir.

İran İslam İnqilabı həqiqətdə dünya müsəlmanları, xüsusilə də şiələr üçün mənəvi və maddi bir bərəkətdir. Bu inqilabdan sonra müsəlmanlar həm öz qəsb olmuş maddi hüquqlarını tələb etdilər, həm də öz həqiqi azadlıqlarının və işğalçı ölkələrin boyunduruğundan nicat tapmaq ardıncadırlar. Belə ki, İslam İnqilabından sonra bir sıra islami hərəkatların günişlənməsini və islami qiyamların güclənməsinin şahidi oluruq.

Bu inqilab, keçən üç on illikdə islami partiyaların, təşkilatların, inqilabların ümid və mənəvi dayağ yeri olmuşdur.

Hazırkı məqalədə İran İslam İnqilabının Qafqaz və Rusiyada təsirini müxtəlif lazimı sənədlər əsasında araşdırılır.

 

İran İslam İnqilabından qabaq Qafqazın vəziyyəti

Keçmiş sovetlər birliyi və Qafqazın müsəlmanlar yaşayan məntəqəlrinin vəziyyəti barədə qısa araşdırmadan sonra bu nəticəyə gəldik:

 

Qafqaz xalqlarının öz milli kimliklərini yaddan çıxarmaları üçün rusların planı: Sözü gedən məntəqənin əhalisinin islama dini və tarixi bağlılıqlarını qırmaq, erməni və rusları bu regionda, xüsusilə də Azərbaycan, Gürcüstan və Tatarıstanda və s. yerləşdirmək.

Sosial və siyasi repressiya yaratmaq: Kommunistlər məntəqə əhalisini diktatorsayağı sıxışdırmış və onların başqa ölkə əhalisi ilə fikri əlaqəsini kəsməyə çalışmışdır. Şiələr yaşayan məntəqələrdə bu məsələyə daha ciddi yanaşmış, Azərbaycanla İranın əlaqəsini kəsmiş, bu ölkədə kütləvi qətllər törətmiş, siyasi fikirləri qadağan etmiş, müsəlmanlara qarşı repressiyalar həyata keçirmiş və hər bir dini fəaliyyətə qarşı çıxmışdır.

Ateist və azğın nəzəriyyələrin təbliği və yayılması: Xalqın öz milli kimliyini yaddan çıxarması üçün bu mövzubərk izlənirdi. Hökumət ateizmi və puçluğu öz siyasətlərində başda qərar vermiş, on illər boyu insanların taleyini ateizm nəzəriyyələri əsasında təyin etmişdir.

İslamofobiya və ruhanilərin sıxışdırılması:Ruhanilər sıxışdırlımış, dinlə mübarizə aparılmış, din alimlər kütlvi surətdə öldürülmüş, dini əməllərin və mərasimlərin icrasının qarşısı alınmışdır. Bunun ardınca İslam dinini təhrif və öz nəzarətlərində saxlamaq üçün Qafqaz Müsəlmanları İdarəsi yaradılmışdır.

 

İran İslam İnqilabından sonra Qafqazın vəziyyəti və müsəlmanların hərəkatları

 

İran İslam İnqilabı dünya müsəlmanlarının özlərini tanımalarına, daxili agahlıqlarına səbəb oldu. Belə ki, hələ də onun təsirlərini, o cümlədən Hüsnü Mübarək, ibn Əli kimi ərəb diktatorlarının devrilməsini müşahidə edirik. Bu inqilabdan sonra, Qafqaz regionunda, xüsusilə də Azərbaycan Respublikasında müsəlmanların oyanışı hiss edildi, bir növ kommunizm rejiminə qarşı qorxmamazlıq və cürət yarandı. Ateist kommunist rejiminin təzyiqləri altında, müsəlmanlar öz dini fəaliyyətlərini artırmağa başladılar. Baxmayaraq ki, SSRİ mediası İran islam İnqilabı barədə heç bir məlumat vermirdi. Amma bu hərəkat və ayıqlıq bir növ fitri surətdə xalqın həyatında hiss olunurdu və özlərinin sözü ilə desək: İran İslam İnqilabı dünyanın bütün xalqları üçün –istər müsəlman olsun, istərsə də qeyri-müsəlman – bir bərəkət idi.

 

İslam İnqilabını şərqə və qərbə bağlı olmayan müstəqil bir ideologiya kimi ortaya çıxması

İran İslam İnqilabının qələbəsi və onun dini proqramlara əsaslanan hökumət iddiası ilə bir ideologiya kimi meydana çıxması bütün azadlıqsevərlərin və dünya müsəlmanlarının, xüsusilə də Azərbaycan Respublikası müsəlmanları və möminlərinin nəzərini İran İslam Respublikasına qarşı dəyişdirdi. İslam İnqilabı müsəlmanların İslam dininə qarşı baxışlarını dəyişdirdi. Qabaqlar dindən söhbət düşdükdə camaatın zehninə qəbristanlıqlar, ac mollalar, ifratçılıq və s. gəlir, dinə mənfi bir vücud kimi baxılırdı. Amma məlum inqilabdan sonra bu görüşlər dəyişməyə başladı. Elə ki, bir ruhani bir neçə ölkədən təşkil olmuş dövlətin ali rəhbərinə məktub yazır və onu dinə dəvət edir, camaatın zehnindəki dinlə bağlı keçmiş fikirlər silinməyə başlayır.

İmam Xomeyninin (rh) kommunistləri ideoloji mübarizə və münazirəyə dəvəti xalqda inqilabdan da böyük bir təsir qoydu. (Şəhidi 1385)

 

Dini hərəkatın fəallığı və mənəvi azadlığın yaranması

İslam İnqilabı Qafqaz müsəlmanlarının mənəvi azadlığına səbəb oldu. Onlar bu əqidədədirlər ki: “İslam inqilabının bərəkətindən biz azadlıq tapdıq və bir növ mənəvi azadlıq bizə nəsib oldu”. Bu bərəkət təkcə bir məntəqə əhalisi üçün deyildi, bəlkə bütün dünya millətlərinə şamil oldu. Bu inqilab, görüşlərin dəyişməsinə səbəb oldu, hətta saray mollaları və savadsızları  belə dəyişdirdi. "Mən" və "özüm" idadələri, yerini "biz"ə verdi. İslam yeni məna tapdı və (camaatın zehnidə yaranmış) qabaqkı mənasını itirdi. Ümumiyyətlə, İran İslam İnqilabı dini hərəkatın fəallığına və islamçıların vəhdətinə səbəb oldu. (Həmin mənbə)

 

"Dinin siyasətdən ayrı olmaması" şüarına yenidən baxış

İran İslam İnqilabının ideologiyası və şüarları Qafqaz xalqlarında, xüsusilə də şiə ölkəsi olan Azərbaycan xalqına nəzərə çarpacaq qədər təsir göstərdi və dinin siyasətdən ayrı olmaması şüarı, həqiqətlərin açıqlanması üçün məhərrəm və səfər aylarında əzadarlığın öndə dayanması, Qədir və şəban bayramları kimi şiəçiliklə bağlı bayram və münasibətərə diqqətin artması, şəri ödənclərin ödənilməsi, camaatın dini məkanlara, məscidlərə, xüsusilə də imamların (ə) ziyarətinə gedilməsi, hicab kimi islami simvolların genişlənməsi və onun bir yasaq yox, bəlkə bir qorunmaq vasitəsi olması fikrinin formalaşması, camaatın islami mühitlərdə şəri görünüşlə hüzuru; saqqal saxlamaq, spirtli içkilərə qarşı çıxmaq, hətta siqaret çəkməyi pis bilmək və s. kimi özünü büruz etdi.

Neçə əsr qərb və kommunist dünyasında anti-İslam təbliğatı aparılmasına, dinin siyasətdən ayrı olması ideyasının camaatın zehninə yeridilmsinə baxmayaraq, İran İslam İnqilabı və dinin burada əsas rolu, vəliyyi-fəqihin bütün işlərin başında dayanması, bütün siyasi, ictimai, iqtisadi yönümlərə nəzarəti müsəlmanların dinə baxışlarını tamamilə dəyişdi və onlarda yeni görüş – din bəşərin bütün sullarına cavab verə bilər – görüşü formalaşdırdı. Dinin əsas mənbələrinənin, o cümlədən Qurani-kərim, Nəhc əl-bəlağə, Əl-kafi, Təfsir əl-mizan, imam Xomeyninin (rh) həyatına və onun Qarbaçova məktubuna, şəhid Mütəhhəri, Ayətullah Cəfər Sübhani, Ayətullah Misbah Yəzdi, doktor Şəriəti, imam Xomeyninin (rh) kitablarının mütaliəsinə maraq artdı və camaat hər gün öz dini maarifini artırmaq istəyindədirlər. Belə ki, ölkədə satılan kitabların 60-70% dini kitablardır. (Bakı xəbər qəzeti, 20.6.87 ş.)

 

İslami simvolların yenilənməsi

İran İslam İnqilabının baş tutması ilə hicab, saqqal saxlamaq, qalstuk taxmaqdan imtina etmək, spirtli içkiləri pis saymaq, siqaret çəkməmək, məscid, dini məclis və ziyarəgah kimi dini məkanlara getmək kimi islami simvollar yenilənərək, öz dəyərini tapır və camaat arasında genişlənməyə başlayır.

İran İslam İnqilabından sonra islami ölkələridə, xüsusilə də Azərbaycanda öz dəyərini tapan dini simvollardan biri də hicabdır. Hicabın azadlığı üçün region ölkələrdə, o cümlədən Azərbaycan və Türkiyədə xalqın dövlətlə qarşıdurması və mübarizəsi ölkə xəbərlərinin başında durur. Belə ki, təkcə 2010-cu ildə hicabın müdafiəsi üçün onlarla aksiya, dəyirmi masa, konfrans təşkil edilmişdir. Hal-hazırda Azərbaycan Respublikasında onlarla islamçı bu ölkə məktəblərində hicab qadağasına etiraz etdikləri üçün həbsxanadadırlar.

Hicabın islami görünüş və simvol olması və fərdi təsirindən əlavə, ölkədə ona riayət olunması iffətə və dini inancların dərinləşməsinə səbəb olması məlumdur. Elə bu məsələ də dövlətin hicaba qarşı mübarizə aparmasına səbəb olmuşdur. Bekə ki, dövlət dinin ən əsas bir rüknünü hədəfə almışdır. Çünki, hicabın digər dini əsaslara çatmaqda bir müqəddimə olması və İslam dini üçün rükn olması onlar üçün aydındır.

Quran ayələrində və rəvayətlərdə hicabın uca məqamı barədə söhbət açılmışdır və dindarlar arasında qırmızı xətt sayılır. Ona görə də əgər bu məsələdə hökumət müvəffəq olsa və dindarlar geri çəkilsə, başqa məsələlərdə islamçıların irəliləməsinin qarşısını daha asan ala bilərlər.

 

Özünə inam və şücaət

Kommunistlərin yetmiş ildən yuxarı hakimiyyəti camaatın ürəyinə və canına qorxu salmışdı. Hətta camaat öz evlərinin divarlarına belə etibar etmirdilər. Amma İran İslam İnqilabından sonra həqiqi şiələr və bu ölkənin mömin camaatı arasında elə bir dəyişiklik yarandı ki, hər növ işgəncə, əziyyət, həbsə dözməyə, lakin öz istəklərindən əl çəkməməyə hazır oldular. Məlum inqilabdan sonra Azərbacan Respublikası şiələrinin İran İslam Respublikası ilə rabitə vasitəsi təkcə Təbriz və Ərdəbil radiosu, bəzən də Rəşt və Urmiya radiosu idi. İranda hakim olan şəhadət, müqavimət və cihad mədəniyyəti Azərbaycan Respublikasına ötürülürdü. (Şəhidi 1385)

 

İslami siyasi-ictimai hadisələrin regionda genişlənməsi

İran İslam İnqilabının qələbəsindən sonra müsəlmanlar arasında dini fəaliyyətlər artmağa başladı. Dindarların daxildə və xaricdə baş verən hadisələrə həssaslığı artdı. Hazırda Azərbaycan Respublikası islamçıları ölkədəki siyasi və sosial məsələlərin islahını tələb edirlər. Ötən bir neçə son ildə dindarların hicabın azadlığı üçün hökumətlə qarşıdurması, məscid sökülməsinə qarşı çıxmaları, azan qadağasına görə mövqeləri, dini müqəddəslərə qarşı hörmətsizliklə müqabilələri, dini mərcələri və ruhaniləri müdafiələri, Livan və Fələstin müsəlmanlarını müdafiələri, sionistlərə qarşı nifrəti genişlənmişdir. Belə ki, bu hərəkatlar yalnız hökumətin onlara güc tətbiq etməsi nəticəsində yatırıla bilir.

Son bir neçə ildə islamçılarla hökumət və islam düşmənləri arasında böyük siyasi problemlər yaranmışdır.

Dindarlar, din və islamçıların müxalifləri ilə mübarizə meydanında özlərini ictimai-siyasi hadisələrdə fəal təşkilatlar kimi göstərməyə müvəffəq olublar.

Bu gün Azərbaycan Respublikası onlarla siyasi-ictimai təşkilat və qurumlar fəaliyyət göstərir və müxtəlif vaxtlarda baş verən hadisələrə öz qarşılıqlı münasibətlərini bildirilər. Həmçinin, Gürcüstanda onlarla şiə təşkilatı, təqribən 300 məscid vardır və onların çoxu məzhəbi və mədəni fəaliyyət göstərir. 

 

Dini hərəkatların ilkin əsasları-islami və inqilabı

İran İslam İnqilabının qələbəsi ilə islamçıların, hətta qeyri-müsəlmanların azadlıq hərəkatı ruhiyyələri bir neçə dəfə artdı. Diktatarorlarla mübarizə şüarı yenidən canlandı və İslami dirçəliş başladı. Şərqə və ya qərbdən asılı olmamaqlıq təzə ideologiyanın formalaşmasına səbəb oldu. Bu ideologiya əsasında İslam dünyasında islami siyasi-ictimai hərəkatların ilkin əsasları çiçəklənməyə başladı və başlarını qaldıra bilməyən inqilabçıların sinəsinə təzə nəfəs üfürdü.

Azərbaycan Respublikasının islamçıları və ruhaniləri də İslam İnqilabından ruh alaraq müxtəlif qurumlar və İslam partiyasi yaratdılar. Bu islami təşkilatlar daim qərbyönümlülərin və zülmkar ölkələrin nüfuzu altında olan qeyri-islamçıların ittihamları ilə üzləşdi. Həmçinin, islami qrup və təşkilatlar keçən iki on ildə ölkə hökumətinin təzyiqlərinə məruz qalmış və illər boyu zindan işgəncələrinə dözmüşlər. Lakin buna baxmayaraq, dini hərəkatlar gündən-günə genişlənmiş və dini dirçəliş hər gün özünü daha artıq göstərməkdədir.

 

Sionizmlə mübarizə

İran İslam İnqilabı qələbəsinin ilk illərindən Fələstin və Livanın məzlum xalqını himayə etməyi öz hədəflərinin önündə qərar verdi və digər müsəlman xalqlar da İİR-dan örnək götürərək onlara köməyə tələsdilər. Region ölkələr müsəlman xalqlarını sıxışdırsalar da onlar məzlum millətlərdən himayə etmək məqsədilə İİR-nın rəhbərliyi ilə sionizmlə mübarizə aparır və sionistlərin əfsanəvi hədəflərini nakam qoyur, hər gün sionizminin məhvini yaxınlaşdırırlar.

Qafqaz müsalman xalqları, xüsusilə də Azərbaycan Respublikasının müsəlmanları keçən iyirmi ildə İran İslam Respublikasından ilham alaraq İslam dünyasında baş verən hadisələrə, məsələn sionistlərin Qəzzəyə və Livana hücumu, Qüds gününə qarşı münasibət göstərmiş, aksiyalar və toplantılar keçirməklə məzlum xalqlara öz dəstəklərini vermişlər. Yeni Şərq Araşdırmalar Mərkəzinin apardığı sorğular bu mövzunu təsdiq edir:

Sionist rejiminin Qəzzəyə hücumundan sonra aparılan sorğuda 75,5% İsraili təqsirli bilmiş və 12% də sionistlərin hücumunun səbəbini HƏMAS-ın onları təhrik etməsi bilmişdir. Sorğuda iştirak edənlərin 64% Qəzzəyə hücumu vəhşilik və soyqırım adlandırmış, 18% yeni silahların yoxlanması, 6% özünü müdafiə bilmişdir. Həmçinin, rəy bildirənlərin 95%  uşaq, qadın və qocaların öldürülməsini pisləmiş, 5,5% (11 nəfər) bunu müharibənin qaçılmaz şəraiti bilmişdir. 84% İsrailin hücumunu dəlilsiz adlandırmış, 69% İsrailin hədəfini Fələstini və Qəzzəni bombalamaq olduğunu bildirmişdir. Yenə sorğuda iştirak edənlərin 77% bildirdilər ki, İsrail öz hədəfinə çatmadığı üçün Qəzzəyə hücumu dayandırdı.

 

Dini dirçəliş

Son üç onillikdə Qafqaz regionu dövlətlərinin siyasətlərindən biri də islamofobiya və islamçıları sıxışdırmaq olmasına və Azərbaycan Respublikası şiələrinin bu üzdən çoxlu çətinliklərə düşmələrinə baxmayaraq, dini dirçəlişi nəzərə çarpacaq bir hərəkat kimi öz yoluna salmaq üçün bütün çətinliklərə dözmüşlər.

İran İslam İnqilabı qələbəsindən sonra İslam dünyasında, xüsusilə də region ölkələri müsəlmanları arasında dini dirçəlişin şahidi oluruq və onun nümunələrindən aşağıdakılardan ibarətdir:

Camaatın məscidlərdə və dini məkanlarda hüzuru, cümə namazında iştirakı və hər gün iştirak edənlərin saylarının artması. Bu dinin məkanlara gələnlərin və dini toplantılarda işrirak edənlərin çoxunu gənclər təşkil edir. Öz pak fitrətləri istəyi ilə gələn bu gənclər islam şüarlarının driçəlişini və ölkədə fəsadın və əxlaqsızlığın aradan qaldırılasını tələb edirlər.

İran İslam İnqilabından və sovetlər birliyinin dağılmasından sonra camaatın müqəddəs məkanların, Məkkənin ziyarətinə meyilləri və ziyarətçilərini gündən-günə artması, Qafqaz, xüsusilə də Azərbaycan Respublikası sakinləri arasında hacı, kərbəlayi, məşədi ləqəbi ilə tanınan şəxslərin islami normalara və dini tələblərə daha artıq riayət olunmasına səbəb oldu. İmamları (ə) ziyarət etmək istəyi dinə bağlılığın artmasına, cəmiyyətin aludəlikdən pak olmasına, xalqın imamların (ə) nəzər və təlimləri ilə daha yaxından tanış olmalarına səbəb oldu. Gilan, Ərdəbil və Şərqi Azərbaycan əyalətlərinin gömrük statistikasınagörə hər gün 10000-dən artıq Azərbaycan Respublikası vətəndaşları İran İslam Respublikasına daxil olur və onların çoxunun məqsədi ziyarət və müalicə almaqdır.

Məhərrəm, səfər və mübarək ramazan ayı Gürcüstan, Dağıstan, Rusiya, Ukrayna, xüsusilə də Azərbaycan Respublikalarının dini hisslərinin və məzhəbi coşğunluqlarının daha qaynar çağlarıdır. Belə ki, dini dairələ, məkanlara, müxtəlif şəhərlərin küçə və meydanlarına toplaşaraq öz məzhəbi mərasimlərini icra edirlər.

Təzə müstəqillik əldə etmiş Azərbaycan Respublikasında dini dirçəliş bütün siyasi, ictimai, mədəni, islami təlim və s. yönümlərdə irəliləməkdədir. Azərbaycan xalqı belə düşünür ki, dövlətin qadağan və təzyiqlərə baxmayaraq camaatın İslam əhkamlarına, etiqadi təlimlərə meyli istər fərdi, istər kollektiv, ya gizli surətdə artmaqdadır. İranlı mərcəi-təqlidlərin qadağan olmuş risalələri asanlıqla bu ölkədə tapılır. (Bayramzadə 2008) Yusif peyəmbərin teleseriyalı 250000 nüsxədən artıq çoxaldılmış və camaatın ixtiyarına verilmişdir. 

Gürcüstanda da camaatın dinə üz tutması və İslamla daha yaxından tanış olmaq istəyi artmışdır. Halbuki, qabaqlar yalnız İslamın adın eşitmişdilər.

 

Dinin izzəti və dini mərasimlərdə mənəvi rahatlıq

Qafqaz xalqının dini məkanlarda, ziyarətgahlarda dini bayramlarda və vəfat günlərində keçirilən mərasimlərdə, ramazan, məhərrəm, səfər ayında icra edilən mərasimlərdə iştirakı nəzərə çarpacaq dərəcədə artmışdır.

2006-cı il ramazan ayında möminlərdən biri dedi: Bu il ölkənin 50% camaatı oruc tutubdur və oruc tutanların sayı hər gün artmaqdadır. Onlar hicaba riayət etməsələr də oruc tuturlar və bununla da şəhərin görünüşü dəyişir.

Mingəçevir kimi bir şəhərdə yüzlərlə gənc və yeniyetmə şəhər məscidinə yığışır, camaat və cümə namazları təşkil edirlər. İranlıların Bakıdakı “Əhli-beyt (ə)” hüseyniyyəsində, “Məşədi dadaş” məscidində, Gəncə şəhər məscidində və Azərbaycanın digər məscidlərində camaat cümə və camaat namazlarına həvəslə toplaşırlar, hətta bəzi vaxtlar camaatın sayı o qədər olur ki, məciddə yer olmadığından, sıralar ətraf küçələrə uzanır.

 

Hicaba xüsusi diqqət

Hal-hazırda hicab Azərbaycanda bir mədəniyyət çevrilməkdədir. Keçən 20 ilə nisbətdə son vaxtlar hicablı qadınların on dəfələrlə artmışdır. Qafqaz İnfo Araşdırma Mərkəzinin araşdırmalarına əsasən, Azərbaycan əhalisinin üçdə iki hissəsi islami hicab istəyir və bu ölkədə hicab məhdudiyyətərinə baxmayaraq hicab istəyən qadınların sayı artmaqdadır. Belə ki, artıq ölkə əhalisinin 30%-ni təşkil edir.

Xalqın dini meyilləri və hicablı qadınların artması, Azərbaycan dövlətinin bu islami və ictimai görünüşə qarşı çıxmasına səbəb oldu. Amma dövlət islamçıların təzyiqləri ilə üzləşdiyindən hicab qadağasına parlamentdə təsdiqləndirə bilmədi. Ona görə də qızların orta məktəblərə girişini vahid məktəbli forması geyinmələri ilə şərtləndirdi. Bu da ölkə əhalisinin etirazına səbəb oldu. Dövlətin də zor tətbiq edərək onları sıxışdırmağa başladı. Belə ki, hal-hazırda İslam Partiyasının sədri bu ölkənin digər nüfuzlu ruhanilərlə birlikdə hicab məhbusları hesab olurlar.

 

Nəticə

İran İslam İnqilabıictimai agahlığın artmasına islamçı şiə qruplarının fəaliyyətinin genişlənməsinə səbəb oldu. Bu inqilabın qələbəsi və şiə hökumətinin İranda yaradılması, Qafqaz xalqı və Azərbaycan şiələri üçün təzə üfüq yaratdı, həm onların siyasi-ictimai fəaliyyətləri üçün yeni ülgü verdi, həm də onları bir nöqtə ətrafında birləşdirdi.

İran İslam İnqilabı islamçı şiə qrupların ictimai-siyasi işlərdə bir fikir ətrafında birləşmələrini istəmələrinə səbəb oldu. Bu milli kimlik vasitəsinin Azərbaycan hökuməti siyasəti ilə uyğun olmasa da islamçıların ictimai-siyasi səhnələrdə iştirakına, İslam dünyasında baş verən hadisələrə münasibət bildirmələrinə, hökumət və hökumət müxalifləri qarşısında ölkənin ictimai səhnələrində üçüncü hərəkat ünvanı ilə meydana çıxmasına səbəb olmuşdur.

Lakin, islamçıların bu hərəkatları onların daha artıq məhdudiyyətlərlə üzləşmələrinə səbəb omuşdur. Belə ki, onların siyasi, ictiami, mədəni və dini fəaliyyətlərinə icazə verilmir və onların bu hərəkatları dəfələrlə dövlət tərəfindən zorakılıqla yatırılmış və ədalətsizlik, kobud rəftarlarla üzləşmişlər. Dövlətə, böyük ölklərə və sionist rejiminə bağlı şəxslər və informasiya vasitələri şiə qruplarını terrorçu və İranın casusları kimi qələmə verməyə çalışırlar. Amma onların bu səylərinə baxmayaraq, şiə cəmiyyətləri insanların ruhiyyəsini qüvvətləndirən inqilabi və siyasi mədəniyyət nəticəsində heç bir təzyiq qarşısında boyun əyməmiş, hətta qabaqkından da artıq və möhkəm imanla öz fəaliyyətlərini davam etdirmişlər.

Ötən on ildə, xüsusilə də son üç ildə daxili və xarici hadisələrə münasibət, siyasi-ictimai səhnələrdə iştirak, İslam dünyasında, o cümlədən Fələstin və Livanda baş verən hadisələrə əksül-əməl, islamofobiya və məhdudiyyətlərə qarşı mübarizə, sionist  rejiminin ölkədəki fəal iştirakına etiraz, təfriqəçi hərəkatlarla qarşılaşmaq, İran İslam Respublikasını müdafiə etmək, NATO və yad ölkələrin region ölkələrində hüzuruna etiraz, İraq və Əfqanistan əhalisini dəstəkləmək, Qəzzədəki hadisələrə münasibət, Qüdsün işğalınına qarşı çıxmaq, siyasi-ictimai konfrans, aksiya, toplantı, dini-ictimai məclislərin təşkili, informasiya blokları yaratmaq şiə təşkilatlarının geniş fəaliyyətlərindəndir.

Şiələrin artan fəaliyyəti və İran İslam İnqilabından ülgü götürməsi, hökumətin istismarçı planlarının formalaşmasına, islamofobiya siyasətlərinin icrasına mane olmuşdur. İslamçı qrup və təşkilatlar hökumət siyasətində, qeyri-dini fikir və əqidələrdə, anti-dini təşkilatlrda, həmçinin sionisti toplantılarda dəyişiklik yaratmaq ardıncadırlar. Onlar artıq dinin siyasətdən ayrı olmaması islami nəzəriyyəsini irəli sürür, İran İslam İnqilabından ilham almış islami, etiqadi və mədəni təlimləri öz fəaliyyətlərinin önündə qərar verirlər. İndi öz ölkələrində izzət qazanmaq və ölkənin müxtəlif məsələlərində təsir qoya biləcək bir təşkilata çevrilmək üçün onlara yeni üfüqlər açılmışdır.

 

İstifadə olumuş mənbələr

 

Müəllifin öz iştirakı və hüzuru

Bayram Balci, 1386h.ş, “Sovet İttifaqının dağılmasından sonra Azərbaycanda şiə məzhəbinin taleyi”; Əxbari şiəyan

Vəli Cabbari, 1389h.ş, “Azərbaycan Respublikası şiələri”, Qum, Şiəşünaslıq İnsitutu.

İsgəndər Hüseynzadə, 1384h.ş, “Azərbaycan: dini araşdırmalara tələb”, 3 il araşdırma, 6-cı hissə.

Hacı Əlikrəm Əliyev, 1385h.ş, “Xatirələr”, Müəllif: Əbdülhüseyn Şəhidi Arasbaran, Tehran, İslam İnqilabınınSənədlərMərkəzi.

Səməd Bayramzadə, “Azərbaycan İslam mədəniyyət abidələri”, Bakı 2008

“İRNA” (İİR xəbər agentliyi), Tehran nəşriyyatı, KİV

“Bakı xəbər qəzeti”: 20/06/87h.ş.

“Yeni Müsavat”: 9/10/86h.ş.

“Trend News”: 13 /2/87h.ş.

“Exo”: 28/02/87h.ş.

“Bakinskiy vedomosti”(rus dilində) 20/3/85h.ş.

“Turan” xəbər agentliyi: 15/02/86

“Nəbz” qəzeti: 28/6/87

www.haqyolu.com

www.islam-azeri.az

www.arannews.ir

www.yenisharq.org

www.deyerler.org

www. islaminsesi.az

www.faktxeber.com

www.islamaz.com

www.birlik.az

www.irna.ir

  • Yazılıb
  • da (də) 2011 Jul 29