Tarix : 2014 Nov 06
Kod 44604

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Bakıya səfər edib

İki ölkə rəhbərlərinin tövsiyyələri ilə Azərbaycan və İran arasında əlaqələr daha da genişlənib


AranNews-
bunu Azərbaycanda səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi deyib.

O bildirib ki, ölkələrimiz arasında qarşılıqlı səfərlər artıb. Nazir qeyd edib ki, prezident Həsən Ruhanin Azərbaycana səfərindən sonra bu əlaqələr daha da dərinləşəcək:
“Müxtəlif sahələrdə, o cümlədən iqtisadi, siyasi mədəni sahədə, həmçinin regioanal əməkdaşlıq sahəsində əlaqələrimiz daha da güclənəcək. İmzalanacaq sənədlərlə bağlı onu deyə bilərəm ki, bir sıra sənədləri Azərbaycan tərəfi təqdim edib, digər sənədlər də var ki, İran tərəfi təklif edib. Mən hansı sənədlərin imzalanacağı ilə bağlı Azərbaycanda səfərdəyəm. Bunu müəyyənləşdirdikdən sonra sənədlər barəsində daha dəqiq açıqlama verəcəyik. Sənədlərin müzakirəsi mənim səfərimin əsas hədəfidir”.

  • Yazılıb
  • da (də) 2014 Nov 06