Tarix : 2021 Sep 04
Kod 61631

Ermənistanda müharibə ilə bağlı 1600-dən çox hərbçi ittiham lunar

Ermənistan Baş Prokurorluğunun son məlumatlarına görə 44 günlük müharibədə hərbçilərin hərəkətləri ilə bağlı 1600-dən çox cinayət işi açılıb
Arannews :Ermənistan Baş Prokurorluğunun son məlumatlarına görə 44 günlük müharibədə hərbçilərin hərəkətləri ilə bağlı 1600-dən çox cinayət işi açılıb.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun belə işlərdən biri barədə yazır.
Vəkil Qor Gevorkyan sentyabrın 3-də jurnalistlərə deyib ki, onun müdafiə etdiyi Gevork Gevorkyan hazırda həbsdədir, amma ona qarşı ittihamı rədd edir.
Hərbi hissələrdən birinin artilleriya divizionunun qərargah rəisi olmuş Gevorkyan müharibə zamanı fəaliyyətsizlikdə ittiham edilir.
Vəkil bu barədə deyib:
“Birmənalı şəkildə müttəhim olan yox, məsuliyyət daşıyan şəxs artilleriya komandanı Cəlal Arutyunyandır. O hazırda Müdafiə Nazirliyində artilleriya baş idarəsinin rəisidir”.
Lakin Ermənistan İstintaq Komitəsinin gəldiyi nəticəyə görə, Gevorkyanın fəaliyyətsizliyi ötən ilin oktyabrında cəbhənin Füzulu istiqamətində 14 əsgərin itkin düşməsi, daha 7 əsgərin həlak olması ilə nəticələnib.
  • Yazılıb
  • da (də) 2021 Sep 04
  • Göndərən جهان کمالی