Tarix : 2021 Sep 04
Kod 61628

İran və Çin arasında 25 illik strateji əməkdaşlıq sənədi müzakirə edilib

İran və Çin arasında imzalanmış 25 illik müştərək əməkdaşlıq sənədinin proqramı müzakirə edilib.
Arannews: İran mətbuatına istinadla xəbər verir ki, bu ölkənin XİN rəhbəri Hüseyn Əmir-Abdullahiyanla Çinin xarici işlər naziri Vang Yi arasında telefon danışğı baş tutub.
Tərəflər bu telefon danışığında qarşılıqlı əlaqələri və Əfqanıstan məsələsi kimi bir sıra region məsələlərini müzakirə ediblər.
Məlumata görə tərəflər bir neçə ay öncə Çinlə İran arasında imzalanmış 25 illik strateji əməkdaşlıqla bağlı sənədin proqramını, burada yer alan addımların sürətlə atılması və sair əlaqəli məsələləri müzakirə ediblər.
Qeyd edək ki, bu sənəd İran və Çin münasibətlərinin gələcək inkişafı üçün 25 illik əməkdəşlıq müqaviləsidir ki, 27 mart 2021-ci ildə İran və Çin xarici işlər nazirləri tərəfindən Tehranda imzalanıb. “Petroleum Economist” bildirir ki, Çin İranın neft, qaz və neft -kimya sektorlarını inkişaf etdirmək üçün 280 milyard dollara qədər, İranın nəqliyyat və istehsal infrastrukturunun təkmilləşdirilməsi üçün isə 120 milyard dollara sərmayə qoymağı planlayır.
  • Yazılıb
  • da (də) 2021 Sep 04
  • Göndərən جهان کمالی