Tarix : 2021 May 17
Kod 61267

Abbas Hüseyn İsrail rejiminin cinayətlərinə etiraz etdi

Müsəlman Birliyi Hərəkatının üzvü Abbas Hüseyn həbsxanadan növbəti məktubu ünvanlayıb.

Arannews-Rakurs.tv sözügedən məktubu təqdim edir:
"Mənfur terrorist rejim İsrail 1948-ci ildən bəri Fələstin xalqının torpağını zəbt edib, sivil insanları şəhid edir. İsrail rejiminin mahiyyəti Ermənistan rejimi ilə eynilik təşkil edir. Zülmə məruz qalmış xalq olaraq, Fələstin xalqının halından ən yaxşı anlayan bizik. Necə ki, ermənilər bizim günahsız sivilləri, körpələri qətlə yetirirdilərsə, eyni cinayətləri bu gün də sionistlər Fələstində insanlara qarşı törədirlər. Fələstin xalqına qarşı edilən bu soyqırıma etiraz etmək hər bir müsəlmanın vəzifəsidir. Quranın təbirincə desək, Allah zülmə susanlarla, zülm edənləri birgə cəhənnəmlə cəzalandıracaq. 
Heç şübhəsiz, sionist rejimin əsas məqsədi müsəlmanların ilk qibləsi olan Qüds məscidini aradan aparmaqdır. İllərdir, Fələstin xalqı bu müqəddəs məscidi qanı bahasına qoruyaraq, şəhidlər verir. Bu gün də onlar əzmkarlıqla mübarizə aparıb dirəniş sərgiləyərək, Qüds məscidinin müdafiəsindədirlər. Allaha sığınaraq, cəsurcasına onun evini müdafiə edənlər bu savaşın qalibi olacaqlar. O gün uzaqda deyil. Necə ki müqəddəs kitabımız Qurani Kərimdə buyurulur: "Onlar Allahın nurunu öz ağızlarından (çıxanlarla) söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır".

 

Abbas Hüseyn

  • Yazılıb
  • da (də) 2021 May 17
  • Göndərən جهان کمالی