Tarix : 2021 May 16
Kod 61262

Ərdoğan: Biz terrorçu İsrailin Fələstin uşaqlarına qarşı zülmündən hiddətli və kədərliyik

«Təl-Əvivin Qəzzə zolağına qarşı təcavüzləri 73 milyon dollar xəsarət törədib». Bu sözləri Türkiyə prezidenti vurğulayıb.

Arannews :Rəcəb Təyyib Ərdoğan bildirib ki, Ankara Təl-Əvivin fələstinli uşaqlar və qadınlara qarşı zülmündən kədərli və hiddətlidir.
«Öz torpaqlarını azad etmək üçün Azərbaycan Respublikasının mübarizəsinə dəstək verdiyimiz kimi, bu gün də elə həmin emosiya ilə Qüdsdə və Fələstin şəhərlərindəki zülmə qarşı addım atacağıq»-deyə Rəcəb Tayyıb Ərdoğan vurğulayıb.
Türkiyə prezidenti həmçinin bildirib ki, Qüdsdə və Fələstin şəhərlərində sionist rejimin təcavüzləri qarşısında müqavimət, bütün bəşəriyyətin əxlaqi vəzifəsidir.

  • Yazılıb
  • da (də) 2021 May 16
  • Göndərən جهان کمالی