Tarix : 2021 May 10
Kod 61243

Lahicanın imam cüməsi: Hacı İlham Əliyev Qüdsə dəstək olduğu üçün 16 il həbsə məhkum edildi

Lahican şəhristanının imam cüməsi höccətül-islam doktor Süleymani deyib: “Hacı İlham Əliyevi yalnız və yalnız İsrailin təhlükəsini çatdırdığı və Qüdsün azadlığını istədiyi üçün Qüds Günü ərəfəsində 16 il həbsə məhkum etdilər.”
AranNews - Lahican şəhristanının imam cüməsi höccətül-islam doktor Süleymani bu həftənin cümə namazı xütbələrində deyib: “Azərbaycan bugün sionist rejimlə diplomatik əlaqələr çərçivəsində bu rejimdə ticarət və turizm nümayəndəliyi açmaq istəyir. Beləliklə Bakının “İsrail”də səfirliyi üçün hazırlıq işləri görür. Siz o mübariz və əziz ruhaniyə qarşı hansı addımı atdıqlarını gördünüz. Hacı İlham Əliyevi yalnız və yalnız “İsrail”in təhlükəsini çatdırdığı və Qüdsün azadlığını istədiyi üçün həbs etdilər və Qüds Günü ərəfəsində 16 il həbsə məhkum etdilər. Hal-hazırda Azərbaycanda yüzdən çox dini və siyasi fəal əsassız bəhanələrlə bu ölkənin zindanlarındadır.”
İmam cümə Azərbaycan xalqı adından danışanlara səslənərək deyib: “Azərbaycan xalqının adından danışmayın. “Xalqlar bir-birləri ilə münasibət qurmağı sevirlər” deyənlər bilməlidir ki, sionist rejiminin bizim qulağımızın dibinə gəlməsindən qorxmuruq. Amma bu xərçəng şişini bölgə üçün təhlükə bilirik. Qarabağı sionist rejimi üçün əmin-amanlıq evi etməyin. Deməyin ki, bizim İsraildən başqa heç bir ölkəyə ehtiyacımız yoxdur. Bunlar Amerikaya qulluq etməkdir. Azərbaycanın yüksək səviyyəli dövlət adamları ağıllı davransınlar, sionistlərin düşmənçilik və ədavətini keçmişdə olduğundan daha çox araşdırsınlar.”

 
  • Yazılıb
  • da (də) 2021 May 10
  • Göndərən جهان کمالی