Tarix : 2021 Feb 19
Kod 60928

Ermənistanın hərbi itkiləri 4005-ə çatdı

Ermənistan İkinci Qarabağ Müharibəsində verdiyi itkilərin yeni sayını açıqlayıb.

Arannews- Ermənistan KİV-nə istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi “Aysor.am” saytının sorğusuna cavab olaraq 3577 hərbçi cəsədinin məhkəmə-tibb ekspertizasını keçdiyini, daha 428 insan fraqmentinin DNT testindən keçiriləcəyini açıqlayıb.
Beləliklə, rəsmi Yerevanın etiraf etdiyi hərbi itkilər 4005-ə çatıb. Bununla belə, hakimiyyətin ölü, itkin düşənlər və yaralananlarla bağlı yekun rəqəmi hələ də açıqlamadığı qeyd olunur.

  • Yazılıb
  • da (də) 2021 Feb 19
  • Göndərən جهان کمالی