Tarix : 2021 Feb 06
Kod 60867

Qarabağda meyiti tapılan erməni hərbçilərin sayı açıqlandı

Qarabağda aparılan axtarışlar zamanı Ermənistan ordusunun müharibə zamanı itkin düşmüş daha bir hərbçisinin meyiti tapılıb.

Arannews-Məlumata görə, o, ikinci Qarabağ müharibəsində itkin düşüb. Bununla da Qarabağda meyiti tapılan itkin erməni hərbçilərin sayı 1 355 nəfərə çatıb.

İkinci Qarabağ müharibəsində itkin düşmüş erməni əsgər və zabitlərin axtarışlarına hərbçilərlə yanaşı, Ermənistanın mülki vətəndaşları, əsgərlərin valideynləri və könüllülər də qoşulub.

Daha əvvəl Qarabağda aparılan axtarışlar zamanı müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyiti tapıldığı xəbər verilib.

  • Yazılıb
  • da (də) 2021 Feb 06
  • Göndərən جهان کمالی