Tarix : 2021 Jan 31
Kod 60842

Qaradağdakı şəhid məzarlarının köçürülməsi başa çatdı

Qaradağ rayonu ərazisində dəfn olunan 18 şəhidin məzarlarının Yasamal rayonu ərazisindəki Şəhidlər Xiyabanına köçürülməsi prosesi başa çatıb.

Arannews -Modern.az-ın məlumatına görə, məzarların köçürülməsi prosesi din xadimlərinin və şəhidlərin yaxınlarının iştirakı ilə icra edilib.

Qeyd edək ki, Bakının Yasamal rayonundan olan şəhidlərin Qaradağ rayonu ərazisində dəfn olunmasına etiraz edən valideynlərin müraciəti araşdırılaraq, dünən günorta saatlarında öz həllini tapıb.
  • Yazılıb
  • da (də) 2021 Jan 31
  • Göndərən جهان کمالی