Tarix : 2021 Jan 04
Kod 60723

Səni hüzn və minnətdarlıqla anırıq böyük Sərdar!

İnsanlıq fədakarlıq tablosu önündə durarkən onun həqiqətinin məhz bu dəyərin varlığında olduğunu anlayır.
Arannews-Fədakarlıq bəşəriyyətə bəxş olunan sonsuz ilahi nemətdir. Bu dəyər ilk qığıncımını isti ana qucağında öz anasının fədakarlıq və sevgisindən alan körpə ilə dünyaya gəlir, haqq və həqiqətin bərqərar olması üçün bütün varlığını fəda edərək yaşayır və şəhidlərin şəhadət ruhu ilə də səmaya pərvaz edir. Fədakar ailəsi, şəhəri, ölkəsi və nəhayət dünyasının rifahı naminə özünü qurban verən kamillik nümunəsidir. Bu gün ölkəmiz, vətənimiz Azərbaycanın ərazi bütövlüyü, suverenliyi məhz belə fədakarlrın canı, qanı bahasına mövcud olaraq qorunur. 
Yaşadığımız ölkəmizin fədakarlıq nümunələri kimi bu gün dünyanın sabitliyi, dinindən, irqindən və cinsindən asılı olmayaraq bəşəriyyətin rifahı naminə fədakarlıq göstərən insanlar bu dəyərlərin sərhəddində duran fədakarlardır. Məhz onların sayəsində dünyanın rifah və bərabərliyi təmin olunur. Bu gün anım günü qeyd olunan şəxsiyyət də belə bir fədakardır.
İnsanlıq naminə fədakarlıq göstərib zülm və haqsızlıq mübarizəsində şəhadətə çatan Sərdar! Haqq dünyasının hüzn və matəmlə andığı Qasim Süleymani.
Onun haqqında tarix çox sözlər deyib və deyəcəyi şübhəsizdir. Onun fədakarlıq nümunələri bu xəttin davamçıları, fədakarlıq ruhlu olanlar üçün əbədi məşəl olaraq yanacaqdır.
Biz, Müsəlman Birliyi Hərəkatı olaraq bəşəriyyətin xilası naminə fədakarlıq göstərən General Qasim Süleymanini dərin hüzn və minnətdarlıqla anır, Allahdan ona rəhmət diləyirik!
#MBH (Müsəlman Birliyi Hərəkatı)
  • Yazılıb
  • da (də) 2021 Jan 04
  • Göndərən جهان کمالی