Tarix : 2020 Nov 15
Kod 60514

Rusiya sülhməramlılarının olduğu daha iki təyyarə İrəvana çatdı

15-ci Rusiya sülhməramlı briqadasının hərbi bölmələrinin şəxsi heyətinin və zirehli maşınların olduğu daha iki “An-124” tipli hərbi nəqliyyat təyyarəsi İrəvan hava limanına enib.

Arannews-Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Təyyarə ilə 10 ədəd “BTR-82A” zirehli texnika, maddi-texniki təminat avadanlıqları, həmçinin sülhməramlı bölmələrin təxminən 30 hərbi qulluqçusu çatdırılıb” deyilir.
Bildirilir ki, yüklərin boşaldılmasından, bölmələrin texnikalarının yoxlanılmasından və hazırlanmasından sonra Qoris şəhərindəki cəmləşmə ərazisinə üç yüz kilometrlik yürüş həyata keçiriləcək.
Bundan əvvəl Qarabağa 170 sülhməramlının olduğu 20 təyyarənin göndərildiyi xəbər verilmişdi.

  • Yazılıb
  • da (də) 2020 Nov 15
  • Göndərən جهان کمالی