Tarix : 2020 Oct 17
Kod 60394

43 beynalxalq şirkət Ermənistanla əməkdaşlığı dayandırmağa çağrılıb

Azərbaycan İnnovasiyalar Agentliyi yüksək texnologiyalar sahəsində çalışan 43 beynəlxalq şirkətə müraciət ünvanlayıb.
Arannews-Müraciətdə bildirilib ki, Ermənistan yüksək texnologiyalardan mülki əhaliyə qarşı istifadə edir. Azərbaycan tərəfi bütün dəlilləri ortaya çıxarmağa hazırdır.Müraciətin sonunda agentlik beynəlxalq yüksək texnologiyalar istehsalçılarını kamikadze dronlar üçün nəzərdə tutulan texnologiya transferini və ehtiyat hissələrinin satışını və erməni hərbi şirkətləri və startapları ilə əməkdaşlığı dayandırmağa çağırıb.
  • Yazılıb
  • da (də) 2020 Oct 17
  • Göndərən جهان کمالی