Tarix : 2020 Jul 30
Kod 60054

Həcc ziyarətində bu məhdudiyyətlər tətbiq olunacaq

Sabahdan Səudiyyə Ərəbistanında başlayan Həcc mərasimində bu il koronavirus pandemiyası səbəbiylə yalnız minə yaxın insan iştirak edə biləcək.
"Arannews" xəbər verir ki, Həcc altı gün davam edəcək və avqustun 2-də başa çatacaq.
Həcc ziyarətində iştirak edən müsəlmanlar bu il bir sıra məhdudiyyətlərlə qarşılaşacaqlar. Bu dövrdə Səudiyyə Ərəbistanı höküməti, sosial məsafə, gücləndirilmiş sanitariya və gigiyena tədbirlərinə riayət olunmasına ciddi nəzarət edəcək.
Məsələn, "şeytanın daşlanması" mərasimində istifadə olunan bütün daşlar antiseptiklərlə təmizlənəcək. Həmçinin zəvvarların Kəbəyə toxunmasına və öpməsinə icazə verilməyəcəyi, namaz vaxtı maska taxmağın məcburi olacağı bildirilib.

Qeyd edək ki,hər il milyonlarla müsəlman Həcc ziyarətində iştirak edir. Ötən il bu məqsədlə Səudiyyə Ərəbistanına 2,5 milyon zəvvar səfər edib.
  • Yazılıb
  • da (də) 2020 Jul 30
  • Göndərən جهان کمالی