Tarix : 2020 Jul 29
Kod 60051

Şəhadəti arzulayan Şulan Bayramov

28 iyul Şəhidimiz Şulan Bayramovun mübarək mövlud günüdür.

Arannews-Vetenugrunda.az oxucularına gülüzlü Şəhidimizi xatırladacaq.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Şulan Bayram oğlu Bayramov 28 iyul 1996-cı ildə Sumqayıtda dünyaya göz açıb.

2013-cü ildə Sumqayıt şəhərində yerləşən 33 saylı tam orta məktəbi bitirən Şulan Bayramov bir il sonra, 2014-cü ildə Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinə daxil oldu.

O, 2016-cı ilin aprel ayında erməni işğalçıları ilə döyüş zamanı qəhrəmancasına Şəhid olub. 

Aprelin 7-i isə Şulan Bayramov doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salındı. 

Şulan Bayramov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi. Ruhu şad olsun!

  • Yazılıb
  • da (də) 2020 Jul 29
  • Göndərən جهان کمالی