Tarix : 2020 Jul 29
Kod 60049

Ceyhun Bayramov ermənistanlı həmkarı ilə bu tarixdə GÖRÜŞƏ BİLƏR

Azərbaycan və Ermənistan xarici işlər nazirləri sentyabrda görüşə bilər.

 Arannews- KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə açıqlama verib.

Məlumata görə, ATƏT-in Minsk qrupunun həmsədrləri (ABŞ, Rusiya, Fransa), Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüşün vaxtı pandemiyanın dinamikasından asılı olacaq.

“3+2 formatında görüş payızın əvvəllərində baş tuta bilər. Bu iki ölkə arasında münasibətlərdən və pandemiyanın dinamikasından asılı olacaq”.

Mənbə hazırda əsas vəzifənin Tovuz döyüşlərindən sonra yaranmış gərgin situasiyanın yumşaldılması olduğunu söyləyib. Görüş baş tutsa, bu Ceyhun Bayramovun yeni xarici işlər naziri kimi ermənistanlı həmkarı Zoqrab Mnatsakanyanla ilk görüşü olacaq. 

  • Yazılıb
  • da (də) 2020 Jul 29
  • Göndərən جهان کمالی