Tarix : 2020 Jul 23
Kod 60023

Türkiyədə erməni terroruna qarşı növbəti aksiya

Türkiyədə erməni terroruna qarşı növbəti aksiya keçirilib.

Arannews-Modern.az xəbər verir ki, İzmirdəki "Can Azərbaycan" Platformasının üzvləri Ermənistanın Azərbaycana hücumlarına reaksiya olaraq, əllərində Türkiyə və Azərbaycan bayraqları ilə Konakdakı Saat Qülləsi qarşısında toplaşıblar.

Platformanın sözçüsü Turana İsmayıloğlu, dünyanın epidemiya ilə mübarizə apardığı vaxtda Ermənistanın Azərbaycan ərazisini işğal etmək üçün hücuma keçdiyini söyləyib:

"Ermənistan atəşkəs dövründə mülki əhaliyə və yaşayış yerlərinə hücumlar etməklə beynəlxalq qanun və konvensiyaları pozaraq zorakı bir siyasət apardığını bir daha nümayiş etdirdi".

Ermənistanın Tovuz bölgəsini işğal etmək cəhdinin adi bir hücum olmadığını bildirən Turana İsmailoğlu, Bakı-Tbilisi-Qars dəmir yolu və bölgədə neft və təbii qaz xətlərinin olduğunu xatırladıb.

Qeyd edək ki, aksiyada"Eurovision" yarışmasında Azərbaycanı təmsil etmiş müğənni Elnur Hüseynov da iştirak edib. Bu barədə Modern.az danışan E. Hüseynov bildirib ki, o vətənini üçün hər zaman savaşmağa hazırdı və eyni ilə haqq səsini dünyaya çatdırmaq üçün çalışır.

E. Hüseynov etiraz aksiyasına dostları ilə xüsusi plakatlar hazırlayaraq gəlib. O bildirib ki, ölkəsindən kənarda yaşasa da hər zaman erməni vandalizmini pisləyir:

“ İzmirdəki aksiyanı da internetdən gördüm. Dostlarımla nə edə bilərik deyə düşündük. Evdə plakatlar hazırladıq, bayraqlarımızı alıb, aksiyaya gəldik”.

  • Yazılıb
  • da (də) 2020 Jul 23
  • Göndərən جهان کمالی