Tarix : 2020 Jan 12
Kod 59293

Ermənistan təxribata əl atdı, əsgəri vuruldu

Ermənistan qilahlı qüvvələrinin Tavuş rayonundakı hərbi hissəsinin əsgəri yaralanıb.

Arannews-Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan açıqlama yayıb.

O iddia edib ki, Tavuş rayonunun Berkaber kəndində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Artur Arzumanyan Azərbaycan tərəfindən snayperdən açılan atəş nəticəsində döyüş mövqeyində yaralanıb.

Qeyd edək ki, bu gün səhər Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

  • Yazılıb
  • da (də) 2020 Jan 12
  • Göndərən جهان کمالی